Ermənistanda kütləvi həbslər 6 deputatlığa namizəd saxlanıldı
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Seçkiyə bir gün qalmış Ermənistanda kütləvi həbslər başlayıb. Məhkənmə "Güclü Ermənistan" partiyasından olan 6 deputatlığa namizədin saxlanılması barədə qərar çıxarıb.
Ölkə.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin məlumatında deyilir.
Məlumatda qeyd olunub ki, İstintaq Komitəsinin Xüsusi Əhəmiyyətli İşlərin İstintaqı Baş İdarəsinin Ümumi İşlər və Seçki Cinayətlərinin İstintaqı Departamenti tərəfindən araşdırılan cinayət işinin ibtidai istintaqı zamanı "Güclü Ermənistan" partiyasından deputatlığa namizəd olan 6 nəfərə qarşı Cinayət Məcəlləsinin 46-236-cı maddəsinin 2-ci hissəsi və 296-cı maddəsinin 3-cü hissəsinin 3-cü bəndi ilə bir neçə şəxsin maddi həvəsləndirilməsi və xüsusilə külli miqdarda çirkli pulların yuyulması faktları üzrə ictimai cinayət təqibi başlanıb.
Sonuncularla bağlı onların saxlanılması barədə qərarlar qəbul edildi və icrası Daxili İşlər Nazirliyinin polisinə həvalə edildi.
Cinayət işi üzrə ibtidai istintaq davam edir.
Onu da qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyası Baş Prokurorun "Güclü Ermənistan" partiyasından altı deputatlığa namizədin cinayət təqibinin başlanması və həbs cəzasına məhkum edilməsi ilə bağlı vəsatətini təmin edib.
Qeyd edək ki, bu namizədlər Vaage Tavakalyan, Hayk Avakyan, Vahaq Yeqiazaryan, Artur Abramyan, Aşot Saakyan, Sasun Badoyandır.
Onu da xatırladaq ki, Ermənistan Mərkəzi Seçki Komissiyası Respublika Partiyasının “Güclü Ermənistan” partiyasının qeydiyyatından çıxarılması tələbini müzakirə etsə də, sonda bu tələbi rədd edib.
Bundan əlavə olaraq "Həyat naminə ölkə" partiyasının siyasi şurasının üzvü Artur Astoyan saxlanılaraq İstintaq Komitəsinə aparılıb.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 06 İyun 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















