Icma.az
close
up
RU
​Ermənistanda mitinq: Paşinyandan nə tələb olunur? + VİDEO

​Ermənistanda mitinq: Paşinyandan nə tələb olunur? + VİDEO

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) daha bir seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab edib. Bu barədə komissiyanın mətbuat xidməti məlumat yayıb.

"AzPolitika"nın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, söhbət Ararat vilayətinin Abovyan kəndindəki (Artaşat icması) 12/13 saylı seçki məntəqəsindən gedir. Səsvermənin nəticələrinin ləğv edilməsinə səbəb məntəqədə 8 nömrəli bülletenin ("Milli Demokratik Qütb") olmamasıdır.

Seçki komissiyasının protokoluna əsasən, həmin məntəqədə səsvermədə 809 nəfər iştirak edib. Ən çox səsi "Vətəndaş Müqaviləsi" partiyası toplayıb – 602 səs. Müxalifətdə olan "Ermənistan" və "Güclü Ermənistan" blokları isə müvafiq olaraq 67 və 71 səs qazanıblar.

Əvvəllər MSK etiraf etmişdi ki, daha iki seçki məntəqəsində səsvermənin nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək qanunsuzluqlar baş verib. Bununla əlaqədar keçirilən növbədənkənar iclasda həmin məntəqələrdən gələn səslərin etibarsız sayılması barədə qərar qəbul olunub.

Bu arada Ermənistan Mərkəzi Seçki Komissiyasının binası qarşısında "Çiçəklənən Ermənistan" partiyasının mitinqi keçirilir. Aksiyaya səbəb iki məntəqədə səsvermənin nəticələrinin ləğv edilməsidir ki, partiyanın fikrincə, bu addım onun parlamentə yolunu bağlayır.

"Nikol Paşinyan və "Vətəndaş Müqaviləsi" ilə hər hansı bir kompromis və ya əməkdaşlığı rəsmən istisna edirəm. Bizim Paşinyanla yalnız bir əməkdaşlığımız ola bilər – bu da onun istefa şərtlərinin müzakirəsidir", — deyə "Çiçəklənən Ermənistan" partiyasından deputatlığa namizəd və "Demokratik Alternativ" partiyasının lideri Suren Surenyants bəyan edib.

O hesab edir ki, digər müxalif qüvvələrin bu mitinqdə iştirakı qətiyyən məcburi deyil. Surenyants əlavə edib ki, onlar hələ dünən kifayət qədər adekvat reaksiya veriblər. Bununla belə, seçki hüququnun qorunması məsələsində konsolidasiya olunmaq (həmrəylik nümayiş etdirmək) lazımdır.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 İyun 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see549

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see506

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see377

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see286

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see281

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see280

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see274

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see270

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see266

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see245

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see244

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see243

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see239

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see227

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see219

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see213

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see210

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see192

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see185

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri