Icma.az
close
up
RU
Paşinyandan etiraf: Ermənistanda ideoloji ziddiyyətlər dərinləşir

Paşinyandan etiraf: Ermənistanda ideoloji ziddiyyətlər dərinləşir

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə daxilində ideloji ziddiyyətləri özündə əks etdirən diqqətçəkən açıqlama verib. O, bildirib ki, orduda kriminogen vəziyyət ideologiyanın olmamasının nəticəsidir: "Aydın ideologiya və anlaşıqlı strategiya olmadan ordu ölkəni və özünü xaosa çevirəcək. Dövlət ordunun müdafiə qabiliyyətini artırmaq üçün ixtisaslı kadrları cəlb etməyə hazırdır. Lakin bu kadrlar dövlətin ideologiyasını bölüşməlidirlər".

“bu kadrlar dövlətin ideologiyasını bölüşməlidirlər",-fikri nəyi ifadə edir? Hökumətlə ordu arasında ziddiyyət varmı? Paşinyan “Böyük Ermənistan” ideologiyasını sıradan çıxara biləcəkmi? “Xalq Cəbhəsi” mövzunu ekspertlərlə araşdırıb.

“Zəhərli ideologiya Ermənistanı içindən çürüdür”

Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, regionda yaranan yeni geosiyasi reallıqlar Ermənistanı ciddi seçim qarşısında qoyub.

Onun fikrincə, bu vəziyyət ölkənin həm daxili, həm də xarici siyasətində ziddiyyətləri daha da dərinləşdirir: “Azərbaycan və Türkiyənin həyata keçirdiyi beynəlxalq layihələr fonunda Ermənistanın blokada vəziyyətində qalması onun gələcəyini daha da qaranlıq edir. Ermənistan uzun illər təcavüzkar siyasət yürüdüb və bunun nəticəsində həm regional əməkdaşlıqdan, həm də iqtisadi imkanlardan məhrum olub. Əgər indi də revanşist düşüncələrdən əl çəkməsə, bu, Ermənistanın sonunu daha da yaxınlaşdıracaq”.

Deputatın sözlərinə görə, sülh müqaviləsi imzalanacağı halda belə, Ermənistan daxilində revanşist qüvvələrin mövcudluğu ciddi risk yaradır: “Heç kim qarantiya verə bilməz ki, Ermənistan ordusunda kök salmış qüvvələr sabah sülhü pozmaq üçün addım atmayacaqlar. Ona görə də, Ermənistanda ideoloji dəyişiklik və real islahatlar qaçılmazdır.”

Məlahət İbrahimqızı əlavə edib ki, Azərbaycan güclü dövlətdir və Ermənistanın atacağı hər hansı təxribat addımına dərhal adekvat cavab veriləcək.

Mövcud reallıqlar

Hərbi ekspert Xəlil Cəlilov bildirib ki, Paşinyanın məlum yanaşması tamamilə mövcud reallıqları əks etdirir. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi sübut etdi ki, Azərbaycan Ordusu Ermənistan ordusundan müqayisəedilməz dərəcədə güclüdür. Ekspert hesab edir ki, müharibədən sonra Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı, döyüş hazırlığı və maddi-texniki bazası daha da güclənib: “Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bugünkü Azərbaycan Ordusu Vətən müharibəsindəki ordu deyil. Hazırkı Azərbaycan Ordusu həmin dövrdən qat-qat güclü və qüdrətlidir. Bu isə onu göstərir ki, Azərbaycanla Ermənistan arasında güc balansı zaman keçdikcə daha da artır və Ermənistanın bu nisbəti dəyişməsi mümkünsüzdür”.

Revanşist qüvvələrə mesaj

O, əlavə edib ki, Paşinyanın açıqlaması həm hərbi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır: “Bu bəyanat həm daxili, həm də xarici auditoriyaya ünvanlanıb. Ermənistan rəhbərliyi açıq şəkildə göstərmək istəyir ki, ölkənin Azərbaycanla yenidən hərbi müstəvidə qarşılaşmaq niyyəti və potensialı yoxdur. Eyni zamanda, bu yanaşma revanşist qüvvələrə də konkret mesajdır. Onların arzuları ilə reallıq arasında böyük fərq var və bu niyyətlər heç vaxt gerçəkləşməyəcək.”

Xəlil Cəlilovun sözlərinə görə, Paşinyanın çıxışı regional sülh və təhlükəsizlik baxımından anlaşılandır və bölgədəki mövcud reallığı ifadə edir.

“Ermənistan ordusu nəzarətdən çıxır”

Politoloq Yeganə Hacıyeva bildirib ki, Ermənistanda dərinləşən sosial-siyasi böhran və orduda artan cinayət halları artıq ölkənin təhlükəsizlik sistemini iflic vəziyyətinə salıb: “Müşahidəçilərə görə, bu böhran yalnız ordudakı intizamsızlıqla məhdudlaşmır, dövlətin idarəçilik mexanizmlərindəki boşluqları da açıq şəkildə üzə çıxarır. Ermənistanda sosial ziddiyyətlərin kəskinləşməsi orduda kriminogen mühitin dərinləşməsinə gətirib çıxarır. Orduda artan cinayətlərin səbəbi yalnız şəxsi heyətin davranışları deyil, həm də dövlət idarəçiliyindəki böhran, nəzarət mexanizmlərinin zəifliyi və sosial təminat problemləridir”.

Politoloqun sözlərinə görə, Ermənistan rəhbərliyi hələ də ölkənin gələcəyi ilə bağlı düzgün qərar vermək iqtidarında deyil: “Əgər Ermənistan əməkdaşlıqdan yayınmağa davam etsə, həm iqtisadi, həm də siyasi baxımdan daha da təcrid olunacaq. Azərbaycan və Türkiyənin regionda həyata keçirdiyi beynəlxalq layihələr fonunda erməni tərəfi üçün alternativ yol qalmır”.

Yeganə Hacıyeva əlavə edib ki, İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar Ermənistanı seçim qarşısında qoyur və bu reallıqları nəzərə almamaq ölkəni daha dərin böhrana sürükləyəcək.

Günel Elxan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Sentyabr 2025 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri