Icma.az
close
up
RU
Ermənistanda Moskva planlarını işə salır Putin Paşinyanla məxfi razılaşma əldə edəcək?

Ermənistanda Moskva planlarını işə salır Putin Paşinyanla məxfi razılaşma əldə edəcək?

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Şurasının iclasından əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Görüş zamanı hansı məsələlərin müzakirə olunduğu ilə bağlı təfərrüatlar açıqlanmayıb. Avropanın Ermənistanda seçkilərə hazırlıq prosesində aktivləşdiyi bir mərhələdə Vladimir Putinin Nikol Paşinyana əsas mesajı nə ola bilər?  Görüşdən sonra Ermənistanın xarici siyasətində balans kursunun dəyişməsi gözlənilirmi, yoxsa bu, yalnız zaman qazanmaq cəhdidir? Bu görüş Rusiyanın Ermənistana verdiyi “son siyasi kredit” kimi dəyərləndirilə bilərmi? 

Moderator.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Vladimir Putinin Avrasiya İqtisadi Şurasının iclası ərəfəsində Nikol Paşinyanla keçirdiyi görüş təbii olaraq zamanlama və siyasi kontekst baxımından diqqət çəkir. Onun sözlərinə görə,  Avropanın Ermənistanda seçkilərə hazırlıq prosesində aktivləşdiyi, Qərb institutlarının siyasi və ictimai müstəvidə təsir imkanlarını genişləndirməyə çalışdığı bir mərhələdə bu görüş təsadüfi sayıla bilməz:

“Görüş zamanı konkret mövzular açıqlanmasa da, Putinin Paşinyana verdiyi əsas mesajın mahiyyəti aydındır: Ermənistan Qərblə münasibətləri genişləndirə bilər, lakin bu proses Rusiyanın regiondakı strateji maraqlarını və təhlükəsizlik arxitekturasını açıq şəkildə təhdid edən mərhələyə keçməməlidir. Moskva üçün əsas qırmızı xətlər Ermənistanın Avrasiya İqtisadi İttifaqı və KTMT çərçivəsindəki öhdəliklərinin sual altına alınması, eləcə də ölkənin Rusiyaya qarşı geosiyasi platformaya çevrilməsidir.

Paşinyanın son illərdə yürüdüyü xarici siyasət xətti kəskin geosiyasi dönüşdən çox, balans və zaman qazanmaq üzərində qurulub ki, bu da təbiidir. Bir tərəfdən Qərbə yaxınlaşma cəhdləri daxili siyasi legitimlik, maliyyə dəstəyi və təhlükəsizlik alternativləri axtarışı ilə izah olunur. Digər tərəfdən isə Ermənistanın Rusiya ilə dərin iqtisadi, enerji və təhlükəsizlik asılılığı bu əlaqələrin birdən-birə qoparılmasını mümkünsüz edir. Bu baxımdan Putin–Paşinyan görüşündən sonra Ermənistanın xarici siyasətində köklü dəyişiklik gözləmək real deyil. Daha çox Moskvaya qarşı ritorikanın yumşaldılması və balans siyasətinin müvəqqəti korrektəsi ehtimalı var”.

Politoloq hesab edir ki, bu görüşü Rusiyanın Paşinyana verdiyi “son siyasi kredit” kimi qiymətləndirmək qismən doğru olsa da, tam mənada yekun qərar kimi dəyərləndirmək çətindir:

“Moskva Paşinyanı ideal tərəfdaş hesab etməsə də, onu hələ ki, idarəolunan və daha az riskli fiqur kimi görür. Ermənitsanın Rusiyanın sanksiyalardan yayınması üçün göstərdiyi fəlaiyyət və reeksportda oynadığı rol buna əyani misaldır. Odur ki, indiki görüşü daha çox, Rusiyanın səbrinin məhdud olduğunu xatırladan və Paşinyana açıq xəbərdarlıq xarakteri daşıyan bir siyasi jest kimi qiymətləndirmək olar. Yəni söhbət son şansdan deyil, şərtli etimadın uzadılmasından gedir.

Bununla yanaşı, Moskvanın Ermənistanda alternativ planları da mövcuddur və bu planlar uzun müddətdir gündəmdədir. Bunlara Ermənistan daxilində yeni siyasi fiqurların və ya köhnə elitanın yenidən aktivləşdirilməsi, iqtisadi rıçaqların, xüsusilə də enerji və miqrasiya mexanizmlərinin daha sərt şəkildə tətbiqi, eləcə də təhlükəsizlik sahəsində dəstəyin selektiv zəiflədilməsi daxildir. Moskva üçün əsas məqsəd konkret şəxsi deyil, ümumi siyasi sistemi və qərar qəbuletmə proseslərini nəzarətdə saxlamaqdır.

Ümumiləşdirərək deyə bilərik ki, Putin–Paşinyan görüşü Ermənistanın xarici siyasət kursunu dəyişmir, lakin bu kursun hərəkət sərhədlərini bir daha xatırladır. Ermənistan hələlik nə Qərbə tam inteqrasiya etməyə, nə də Rusiyadan qəti şəkildə uzaqlaşmağa hazır deyil. Məhz bu qeyri-müəyyən balans siyasəti Moskvanın əsas narahatlıq mənbəyi olaraq qaldığından Putin ara-sıra bu narahatlığını Paşinyana çatdırmaq ehtiyacı duyur”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Dekabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri