Icma.az
close
up
RU
Ermənistanda MÜƏMMALI İSTEFALAR

Ermənistanda MÜƏMMALI İSTEFALAR

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan hökumətindəki kütləvi istefalar diqqəti cəlb etməyə bilməz. Ermənistana məxsus bəzi mətbuat səhifələrində qeyd olunur ki, erməni baş nazir Nikol Paşinyanın bir neçə yüksək vəzifəli şəxsi tənqid etməsi onların istefası ilə nəticələnib. Bəzi mənbələrdə isə hətta vurğulanır ki, Ermənistanın baş naziri özü bir neçə yüksək rütbəli məmurdan istefa verməsini istəyib və bununla bağlı xəbəri onun özü də təsdiqləyib. Təbii ki, istefaların, yaxud istefa istənilməsinin heç də səbəbsiz olmadığı bir reallıqdır. Amma Paşinyan özü belə bunun nə ilə əlaqədar olduğunu izah etməyib və belə görünür ki, heç izah etmək fikrində də deyil.

Cidanı çuvalda gizlətmək olmadığı kimi, istefa dalğasının səbəblərini də Paşinyan və onun komandası qətiyyən gizlədə bilməyəcək

"Hörmətli həmvətənlər, mətbuatda və sosial şəbəkələrdə gedən kütləvi müzakirələri nəzərə alaraq, nəzərinizə çatdırmağı zəruri hesab edirəm ki, bir sıra yüksək vəzifəli məmurun tutduqları vəzifələrdən uzaqlaşdırılmasını xahiş etmişəm. Belə bir müraciətin edilməsinin səbəbləri şəxsi deyil, açıq şəkildə söylədiyim kimi, sistemlidir", - deyə Paşinyan bildirib. Ermənistanın baş naziri həmçinin qeyd edib ki, adları çəkilən məmurların guya dövlətçiliyin inkişafında xidmətlərini də inkar edə bilməz və hər kəsə verdiyi töhfəyə, eləcə də onun bu xahişini başa düşdüyünə görə təşəkkür də edib. Amma bununla belə Nikol Paşinyan, qeyd olunduğu kimi, bunun nə ilə bağlı olduğunu, nə səbəbə olduğu bildirməyib və yüksək rütbəli məmurların istefası “istəyi”, “xahişi”, yaxud da tələbi ilə əlaqədar məsələnin izahını da verməyib.

Yəqin ki, nə Ermənistanın infrastruktur naziri Qmel Sanosyan, nə Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan, nə daxili işlər naziri Vahe Kazaryan və nə də İstintaq Komitəsinin rəhbəri Argişti Kərəmyan istefa ərizəsini səbəbsiz şəkildə yazmayıb. Hər halda, onların da fikri yaxın zamanda bəlli olacaq. Daha dəqiq desək, hansı səbəbə görə istefa verdikləri barədə, istər sosial mediada, yəni, sosial şəbəkələrin Ermənistana məxsus seqmentində, istərsə də həmin ölkənin mətbuat səhifələrində müvafiq xəbərlər ortaya çıxacaq. Bir sözlə, cidanı çuvalda gizlətmək mümkün olmadığı kimi, Ermənistanda baş verənləri də, daha doğrusu, həmin ölkədə istefa dalğasını da başda elə erməni baş nazir özü olmaqla, həmin ölkə hakimiyyəti qətiyyən gizlədə bilməyəcək, baxmayaraq ki, bununla bağlı “nə isə demək” fikrində deyil.

İstefalarla bağlı fərqli fikirlər, rəylər, iddialar və hətta ciddi ittihamlar da var

Paşinyan bir tərəfdən məmurlara təşəkkür edir, digər tərəfdən də istefasını xahiş edir və bunu erməni cəmiyyətinin özü belə başa düşə bilmir. Çünki istefasını xahiş etdiyi məmurların böyük xidmətlərini vurğuladıqdan sonra onların vəzifəsindən kənarlaşmasının vacib hesab edilməsinin səbəbini belə müəyyən etməkdə erməni cəmiyyəti özü də çətinlik çəkir. Bunu başa düşməmək həqiqətən də məntiqidir, çünki bu qədər “tərif yağdırmaq” və ardınca da istefa “istəmək”, yüksək rütbəli məmurdan istefa verməsini “xahiş etmək”, ya da “tələb etmək” qətiyyən bir araya sığmır. Bəs onda məsələnin kökündə nə dayana bilər və əsl səbəb nədən ibarət olar, deyə düşünən ermənilərin bir çoxu hələ də “baş sındırır” və haylar özləri də nə isə başa düşməyə çalışırlar. Təbii ki, fərqli fikirlər, rəylər, iddialar və hətta ittihamlar da var və bunlar da qətiyyən təsadüfi deyil, müvafiq əsasa görədir. “Od olmasa tüstü çıxmaz”, zərb məsəlində deyildiyi kimi, hansısa şübhələr və əsaslar var ki, belə fərqli yanaşmalar da müşahidə edilir.

Bəzi erməni əsilli siyasətçilər, politoloqlar, hətta deputatların bəziləri belə hesab edirlər ki, Paşinyan bu yolla özünün yox dərəcəsində olan reytinqini yüksəltmək niyyəti güdür. Çox güman ki, o, yüksək rütbəli məmurları görüşə çağırmaqla və görüş zamanı onlardan istefa ərizəsi yazmalarını “istəməklə”, yaxud, “tələb etməklə” özünün məhz bir çox strukturlara, ələlxüsus da güc trukturlarına təsir imkanlarının olduğunu, rıçaqların hələ də əlində olduğunu göstərmək istəyir. Məmurlara qondarma “tərif” yağdırması və onların “böyük xidmətlər” göstərdiklərini deməsi isə həmin istefaların əsl səbəbini gizlətmək üçün Paşinyanın növbəti komuflyajı hesab olunur. Erməni əsilli siyasətçilərin bəziləri isə açıq şəkildə bildirirlər ki, USAİD tərəfindən ayrılan vəsaitlərin hara xərcləndiyini, daha dəqiq desək, mənimsənilməsini gizlətmək üçün hansısa məmurlar Paşinyan tərədindən meydandan uzaqlaşdırılırlar. Yəni, mənimsənilən vəsaitləri ört-basdır etmək üçün həmin istefaların “istənildiyi” qənaətində olan siyasətçilər də var. Həmin siyasətçilər artıq iddia deyil, ciddi ittihamlarla çıxış etmiş olurlar və görünür elə Nikolun “komuflyaja ehtiyac duyması” da buna görə imiş.

İstefalar artan daxili gərginlikdən, idarəetmədəki boşluqlardan, yeni siyasi böhrandan xəbər verir

Bir xatırlatma etmək yerinə düşərdi ki, Nikol Paşinyan hökumətin son iclaslarında güc strukturlarının fəaliyyətindən narazı olduğunu gizlətməyib və onları sərt tənqid də edib. Hətta erməni baş nazir hökumət üzvlərinə qarşı sərt tonda iradlar da səsləndirib və bu məqam özü də təsadüfi hesab olunmur. Belə bəlli olur ki, güc strukturlarının rəhbərlərinin onun göstərişlərinə uyğun fəaliyyət göstərməməsindən Paşinyan lap əvvəldən narazı imiş. Hazırda Ermənistan ictimaiyyəti istefaların daha çox məhz bununla əlaqədar olduğu qənaətindədir. Bir sözlə, hayların əksəriyyəti elə hesab edirlər ki, nə qədər “tərif” yağdırmasına, nə qədər “təşəkkür” etməsinə baxmayaraq, Paşinyan sadəcə olaraq “xoşuna gəlməyən” məmurları öz ətrafında görmək istəməyib və “təmizləmə işləri” də buna görə aparılıb.

Məsələ burasındadır ki, hazırkı Ermənistan hakimiyyətinin özünə rəqib hesab etdiyi qüvvələr, yəni, müxalif qüvvələr hadisələri Nikol Paşinyanın və onun komandasının zəifliyi kimi qələmə verir. Sözsüz ki, erməni baş nazirin “rəqiblərinin” məsələni bu şəkildə qələmə verməyə çalışması başadüşüləndir. Çünki istənilən vəziyyətdən onların sui istifadə cəhdləri də təkzib edilə bilməz. İndi erməni müxalifətçilər də ciddi cəhdlə çalışırlar ki, məhz bu istefa dalğasını hökumətin idarəetmə böhranı kimi cəmiyyətə rəqdim etsinlər. Onlar hətta iddia edirlər ki, ölkədəki sosial-iqtisadi və təhlükəsizlik problemlərini həll etmək əvəzinə, güc strukturlarının rəhbərlərini istefaya göndərən Paşinyan sadəcə olaraq diqqəti yayındırmağa çalışır. Doğrudur, müxalifət öz çıxarı, öz xeyri üçün əldən-ayaqdan gedir, istefa dalğasından yararlanmaq istəyini də gizlədə bilmir və bu baxımdan bütün məsələlərdə də problemin məhz Paşinyanda, onun hakimiyyət komandasında olduğunu göstərmək üçün münbir şərait yarandığını zənn edir. Bununla belə bəzi müstəqil ekspertlər özləri də açıq şəkildə bildirirlər ki, Paşinyanın bu şəkildə istefa “istəməsi”, yüksək rütbəli məmurlardan istefa vermələrini “xahiş etməsi”, yaxud da “tələb etməsi” Ermənistan hökumətində artan daxili gərginlikdən və idarəetmədəki boşluqlardan qaynaqlanır. İndi erməni cəmiyyətində belə bir fikir formalaşıb ki, hökumət daxilində ciddi dəyişikliklərin olması yeni siyasi böhran deməkdir və bu məqamda məsələnin kökündə nəyin olduğu barədə rəsmi açıqlamalarn olmaması da vəziyyəti hazırki haldan daha da qəlizləşdirir...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Noyabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri