Icma.az
close
up
RU
Ermənistanda istefalar: səbəblər və mümkün nəticələr

Ermənistanda istefalar: səbəblər və mümkün nəticələr

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər Ermənistan hökumətində rezonans doğuran kadr dəyişiklikləri ölkə siyasətində böyük sarsıntıya səbəb olub. Ermənistan mediasının məlumatına görə, baş nazir Nikol Paşinyan hökumətin mühüm postlarında çalışan rəsmiləri, o cümlədən, güc strukturlarının rəhbərlərini istefaya göndərib. Bu addım geniş ictimai rezonansa səbəb olub və belə bir qərarın motivləri ilə bağlı çoxsaylı suallar doğurub.

Bu günə olan məlumatlara görə, adları sadalanan şəxslər vəzifələrini tərk ediblər:

Vahe Kazaryan - Ermənistan daxili işlər naziri. Arqişti Kəramyan - İstintaq Komitəsinin rəhbəri. Rustam Badasyan - Dövlət Gəlirləri Komitəsinin sədri (vergi və gömrük xidmətləri). Qnel Sanosyan - Ərazi İdarəetmə və İnfrastruktur naziri. Sasun Xaçatryan - Korrupsiyaya qarşı Mübarizə Komitəsinin rəhbəri. Karen Andreasyan - Ermənistan Ali Məhkəmə Şurasının rəhbəri.

Bundan əlavə, parlamentin hakim "Vətəndaş Sazişi" partiyasından olan deputatlar Ovik Ağazaryan və Narek Zeynalyan mandatlarını təhvil verməyə hazırlaşırlar.

Bir sıra istefaların rəsmi təsdiqi hələ yoxdur, lakin müxtəlif mənbələrə görə, bu kadr dəyişiklikləri Paşinyanın bəzi rəsmilərlə "sərt söhbətindən" sonra baş verib.

Səbəblər nədir?

İrəvanda yaşanan "spontan" istefalar dalğası ilk baxışdan qəfil prosesi təsiri bağışlasa da, mahiyyətə nəzər salanda maraqlı məqamlar aşkarlanır:

Paşinyanın struktur işlərindən narazılığı

Nazirlər Kabinetinin son iclasında Nikol Paşinyan güc strukturlarının fəaliyyətindən narazılığını ifadə etmişdi. Xüsusilə korrupsiya ilə mübarizədə, vergi və gömrük işlərinin təşkilində, eləcə də infrastruktur layihələrinin idarə edilməsindəki çatışmazlıqlara diqqət yetirilmişdi.

Xarici təzyiqin mümkün rolu

Bəzi ekspertlərin fikrincə, Paşinyanın bu addımları Fransa, Avropa İttifaqı və ABŞ-dan gələn təzyiqlərlə əlaqəlidir. Bu ölkələr Ermənistanın daxili siyasətinə nəzarəti gücləndirmək üçün hökumət rəhbərliyində dəyişiklik tələb etmiş ola bilər.

Hakimiyyətin möhkəmləndirilməsi cəhdi

Tənqidçilər hesab edir ki, genişmiqyaslı istefalar Paşinyanın sadiq olmayan rəsmiləri uzaqlaşdırmaq və onları daha etibarlı şəxslərlə əvəz etmək niyyətindən irəli gəlir. Bu, xüsusilə daxili və xarici narazılıqların artdığı bir vaxtda aktuallaşır.

İslahatlara hazırlıq

Bu kadr dəyişiklikləri Paşinyanın dövlət strukturlarında korrupsiyanı azaltmaq və onların səmərəliliyini artırmaq məqsədilə genişmiqyaslı islahatlara başlamaq niyyətində olduğuna işarə edə bilər.

Xarici amillərin təsiri

İrəvanda yaşanan proseslərin spontan yaşanması ilə bağlı erməni ekspertlərlə siyasi analitiklərin, xüsusilə də Paşinyan komandasının nəzarətindəki mass-medianın fikri hadisələrdən diqqət yayındırmağa yönəlib. Vəzifələri ilə "könüllü" vidalaşmış məmurların istisnasız olaraq hamısının korrupsioner olduqlarını və adlarının böyük məbləğli rüşvət qalmaqallarında hallandıqlarını nəzərə alsaq, Ermənistanın hakimiyyət dairələrində "yenilənmə" yox, fiqurların əvəzlənməsi prosesi yaşanır.

Təbii ki, preslərdə xarici amillərin təsirləri də var ki, onlar belədir:

1. Fransa və Avropa İttifaqının rolu

Fransa və Avropa İttifaqı zahirən Nikol Paşinyanın qərbyönümlü siyasətini dəstəkləyir. Regiondakı gərgin geosiyasi vəziyyət fonunda Ermənistan Aİ-nin Rusiya təsirini zəiflətmək strategiyasında mühüm rol oynayır. Rəsmilərin istefaya göndərilməsi, böyük ehtimalla, Ermənistanın Qərbə sadiqliyini nümayiş etdirmək məqsədi daşıyır.

2. ABŞ-nin mümkün təzyiqləri

ABŞ də Paşinyanın mövqeyini gücləndirməkdə maraqlıdır. Vaşinqtonun strategiyası, Rusiya və İranın regiondakı təsirini minimuma endirməkdən ibarətdir. və bu prosesdə Paşinyan mühüm rol oynaya bilər. MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində iştirakının minimuma endirən, hətta bu qurumu Ermənistanın təhülkəsizliyi üçün potensialş təhdid elan elən Paşinyan Vaşinqton ssenarisinə uyğun davranır. Son istefaların da arxasında Ermənistan parlamentində sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın franksiyalarının zəiflədilməsi, siyasi isteblişmentdə Rusiyaya meylli fiqurların sayının azaldılması və sonda da heçə endirilməsi məqsədi dura bilər.

3. Rusiya və İranın reaksiyası

Genişmiqyaslı istefalar Ermənistanın Rusiya və İranla münasibətlərinə mənfi təsir göstərə bilər. Moskva bu dəyişiklikləri İrəvandakı prorusiya dairələrə qarşı bir addım kimi qəbul edə bilər. Belədə Rusiyanın Ermənistana qarşı davranşının daha da sərtləşməsi, müəyən cəzaların və məhdudlaşdırılmaların tətbiqi istisna deyil.

İran isə regionda Qərbin təsirinin güclənməsinə qarşı ehtiyatlı yanaşır.

İstefaların mümkün nəticələri nə ola bilər?

Nikol Paşinyan heç nə baş verməmiş kimi davranmağa çalışsa da, hakimiyyət sıralarında aparılan "könüllü" təmizləmə prosesinin ciddi nəticələri olacaq.

Hadisələrin mümkün inkişaf ssenarisinə nəzər salaq:

Rusiya və İranla münasibətlərin pisləşməsi

Əgər bu istefalar qərbyönümlü kursun bir hissəsidirsə, bu, Ermənistanı Moskva və Tehrandan daha da uzaqlaşdıracaq. Rusiya hərbi və iqtisadi dəstəyini azalda, İran isə Ermənistanın cənub sərhədlərinə təzyiqləri artıra bilər.

Daxili böhranın dərinləşməsi

İxtisaslı kadrlardan məhrum olan hökumət, idarəetmədə əlavə çətinliklərlə üzləşə bilər. Bu, xalq arasında narazılığın artmasına və müxalifətin güclənməsinə səbəb ola bilər.

İslahat, yoxsa siyasi təmizləmə?

Əgər Paşinyanın məqsədi islahatdırsa, bu dəyişikliklər dövlət strukturlarının fəaliyyətinə müsbət təsir göstərə bilər. Lakin əgər məqsəd yalnız müxalif fikirləri aradan qaldırmaqdırsa, bu, cəmiyyətdə daha böyük parçalanmaya gətirib çıxara bilər.

Qərbin mövqelərinin möhkəmlənməsi

Qərb ölkələri bu istefaları Paşinyanın hakimiyyətini gücləndirən addım kimi dəstəkləyəcək. Bu isə Ermənistanın Qərbdən daha çox asılı vəziyyətə düşməsinə gətirib çıxara bilər.

Paşinyan yaxın həftələrdə yeni təyinatlarla vəziyyəti stabilləşdirməyə çalışacaq. Bu, müvəqqəti sakitliyə səbəb olsa da, müxalifət və Rusiya, İran kimi tərəflərin təzyiqlərini artıracaq. Bir müddət sonra isə Qərbyönümlü siyasətin davam etdirilməsi Ermənistanı Moskva və Tehrandan daha da uzaqlaşdıracaq. Qərb tərəfdaşları Ermənistanı öz geosiyasi layihələrinə inteqrasiya etməyə çalışacaqlar. Əgər ciddi iqtisadi və siyasi islahatlar həyata keçirilməzsə, Ermənistan uzunmüddətli böhran vəziyyətində qala bilər. Təcrübəli kadrların hökumətdən ayrılması idarəetməni çətinləşdirəcək və yeni çağırışlar yaradacaq.

Ermənistanda baş verən genişmiqyaslı istefalar təkcə daxili siyasi hadisə deyil, həm də regionda gedən geosiyasi oyunların mühüm tərkib hissəsidir. Nikol Paşinyanın yaxın həftələrdə atacağı addımlar təkcə onun siyasi karyerasının deyil, həm də Ermənistanın gələcək inkişaf istiqamətinin təyini üçün həlledici olacaq.

Elçin Alıoğlu
Trend

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Noyabr 2024 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see278

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see262

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see260

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see259

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see257

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see256

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see256

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see234

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see232

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see232

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see229

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see228

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see226

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see221

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see214

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see214

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see210

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see207

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see195

Şəkidə çaqqal 4 nəfərə hücum etdi Açıqlama

11 Sentyabr 2026 14:46see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri