Ermənistanda partlayış baş verdi
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Ermənistanın Vanadzor şəhərində qazdoldurma məntəqəsində partlayış baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin məlumatında deyilir.
Partlayışdan sonra obyektdə yanğın başlayıb. Əraziyə 4 yanğınsöndürmə briqadası cəlb edilib.
İlkin məlumata görə, 2 nəfər hadisə zamanı xəsarət alıb.
Partlayışın nədən qaynaqlandığı açıqlanmır.

Ermənistanda partlayış baş verdi
30 Noyabr 2024 06:30

