Icma.az
close
up
RU
Ermənistanda qarşıdurmanın yeni mərhələsi: Paşinyan kilsəni zərərsizləşdirə biləcək?

Ermənistanda qarşıdurmanın yeni mərhələsi: Paşinyan kilsəni zərərsizləşdirə biləcək?

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Erməni kilsəsi ilə baş nazir Nikol Paşinyan arasındakı gərginlik növbəti mərhələyə qədəm qoyub. Kilsə və keşişlər Paşinyanı taxtdan salmaq üçün mübarizədən vaz keçmək istəmirlər. 2024-cü ildə keşiş Baqrat Qalstanyanla başlayan ədavət erməni apostol kilsəsinin tamamilə ayaqlanması ilə yeni və yekun mübarizəyə start verir. Hətta keçmiş prezident Levon ter-Petrosyan da kilsəyə dəstəyini ifadə edərək Paşinyana qarşı çıxıb. Nəzərə alsaq ki, kilsə erməni cəmiyyəti və iqtidarına həmişə təzyiq və təsiri ilə seçilib, siyasi proseslərdən kənarda qalmayıb, hətta erməni revanşizminin qığılıcımı rolunda çıxış edib, indi Paşinyanın kilsəyə qarşı hücuma keçməsi və proseslərə müdaxiləsini məhdudlaşdırmaq cəhdi tərəflər arasında "olum, ya ölüm" mərhələsinə qədəm qoyub.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Oxu.Az-a açıqlamasında bildirib ki, erməni kilsəsi Ermənistanda dövlət içində dövlət deyil, dövlətin üzərində bir dövlətdir:

"Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, kilsə həmişə öz diqtəsini edir və öz xarakterinə görə, dini təşkilatdan daha çox aqressiv, mürtəce, qonşu dövlətlərə qarşı həmişə irticaçı siyasəti ilə fərqlənən bir siyasi strukturdur. Bu gün Ermənistan administrasiyası ilə erməni kilsəsi arasında münaqişə yəqin ki, Paşinyan hökumətinin kilsənin təsirindən azad olunmaq istəyi ilə bağlıdır. Amma bu o demək deyil ki, onlar kilsədən fərqli siyasət yeridəcəklər. Sadəcə olaraq, konstitusiya ilə onlara verilmiş səlahiyyətləri heç kəsin diktəsi olmadan özləri həyata keçirməyə çalışırlar. Ermənistan cəmiyyəti kilsəyə çox bağlıdır və birdən-birə onun təsirindən çıxmaq çox çətin olacaq".

Prosesin Ermənistan-Azərbaycan münasibətlərinə təsirindən danışan deputat vurğulayıb ki, istənilən halda, Bakının gözləntisi İrəvanla normal qonşuluq münasibətləri qurmaqdan ibarətdir və bunun üçün haqlı tələblərimiz yerinə yetirilməlidir:

"Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən maddələr aradan qaldırılmalıdır. Eyni zamanda, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciət olunmalıdır. Bundan sonra isə iki ölkə arasında normal qonşuluq münasibətləri qurula bilər".

Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Oqtay Qasımov erməni cəmiyyətində kilsənin mühüm rola malik olduğunu bildirib:

"Kilsə tarix boyu erməni faşizminin ideoloji mərkəzi rolunu oynayıb, eyni zamanda, terrorçuların ideoloji hazırlığı və terror əməllərini planlaşdıran bir institut olaraq fəaliyyət göstərib. Tarix boyu erməni kilsəsinin hansısa bir din xadiminin erməni cəmiyyətinə yalnız ruhani-mənəvi məsələlərlə bağlı danışdığı ilə bağlı faktlar yoxdur. Xüsusi ilə də son 35-40 ildə biz erməni kilsəsinin erməni cəmiyyətini savaşa, Azərbaycana, azərbaycanlılara, Türkiyəyə qarşı səfərbər etməyə çalışdığının şahidi olmuşuq. Son beş ildə də Ermənistan hakimiyyəti ilə kilsə arasında münasibətlər gərgin olaraq qalmaqdadır və hazırda bu gərginlik yüksək səviyyə qədəm qoyub".

"Keçən il kilsənin başladığı hərəkat uğursuzluqla nəticələndi və Paşinyan da çox yaxşı bilir ki, hal hazırda o, siyasi müxalifəti xeyli dərəcədə zəiflədib və onların Ermənistan hökümətinə təsiri, o cümlədən çevriliş imkanları kifayət qədər məhdudlaşıb. Ən ciddi problem yaradacaq qüvvə faktiki olaraq erməni kilsəsidir. Ermənistanın keçmiş dövlət rəhbərlərinin hamısı keşişləri birmənalı şəkildə dəstəkləyib və kilsənin rolu konstitusiya ilə təsbit olunub. Bu, Ermənistanda gələcək illərdə kifayət qədər mürəkkəb vəziyyətin olacağının göstəricisidir", - deyə şərhçi vurğulayıb.

Müsahibimiz düşünür ki, Paşinyan da kilsəyə qarşı kifayət qədər ciddi tədbirlər görməkdədir və ona qarşı ideoloji müharibəyə başlayıb:

"Bu baxımdan, kilsənin Paşinyanı devirmək üçün resurslarının yetərli olacağını hesab etmirəm. Nəzərə alsaq ki, erməni kilsəsinin xüsusilə də Eçmiədzin (Erməni Qriqorian Kilsəsinin baş kafedralı) arxasında Rusiya dayanıb və heç təsadüfi deyil ki, Paşinyan da bir müddət əvvəl məhz Moskva tərəfindən kilsəyə tapşırıq verildiyini bəyan etmişdi. Deməli, parlament seçkisinin keçiriləcəyi dövrə qədər gərginlik artan istiqamətdə davam edəcək. Amma hazırkı imkanlar baxımından kilsənin və müxalifətin Paşinyanı devirmək üçün çox da böyük resursları yoxdur".

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 İyun 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri