Icma.az
close
up
RU
Ermənistanda vəziyyət gərginləşir: Paşinyan kilsəni zərərsizləşdirə biləcək?

Ermənistanda vəziyyət gərginləşir: Paşinyan kilsəni zərərsizləşdirə biləcək?

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanda kilsə ilə hökumət arasında yaranan gərginlik durmadan artır. Çünki bu, sadəcə, bir daxili siyasi münaqişə deyil, eyni zamanda, Ermənistanın gələcək idarəetmə modelinin, cəmiyyətin dünyəvi və dini təbəqələrinin toqquşma nöqtəsidir. Son hadisələr göstərir ki, kilsə açıq şəkildə proseslərdə siyasi rol almaq istəyir və bu, Paşinyan hakimiyyətinin qərbyönlü, dünyəvi xəttinə birbaşa təhdid kimi qiymətləndirilir.

Təbii ki, hökumət ictimai dəstəyi qoruyub-saxlaya bilsə, kilsənin siyasi iddiaları boşa çıxacaq. Bu zaman Ermənistan dünyəviləşmə kursunu davam etdirəcək və kilsənin təsiri daha çox dini sferayla məhdudlaşacaq. Yox, əgər kilsə tərəfdarları küçə etirazlarını davam etdirsələr və bölgələrdə dəstək qazansalar, bu, ölkədə yeni siyasi böhrana və erkən seçki tələblərinə gətirib çıxara bilər. Həmçinin kilsə və müxalif dairələr rusiyayönümlüdür. Əgər Kreml Ermənistanı Paşinyanın əleyhinə yönləndirmək istəsə, kilsə bu prosesdə "yumşaq güc" rolunu oynaya bilər. Paşinyan hökuməti kilsənin təsirini məhdudlaşdırmağa çalışacaq, amma bu, daxili sabitlik, xalqın mövqeyi və xarici təsirlərdən asılıdır.

Milli Məclisin deputatı Elşad Musayev Oxu.Az-a açıqlamasında bildirib ki, Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkisinə görə siyasi vəziyyət həddindən artıq gərginləşib:

"Bu prosesdə Ermənistan müxalifətinin də, kilsənin də rolu böyükdür. Eyni zamanda, vəziyyətin gərginləşməsi ilə bağlı Rusiyanın da xüsusi rolunu qeyd eləmək lazımdır. Paşinyanın da əlinə fürsət düşür ki, siyasi rəqiblərini zərərsizləşdirə bilsin. Çünki hazırda hökumət üçün əsas maneə kilsədir".

"Ümumiyyətlə, Ermənistan cəmiyyətində, Ermənistan dövlətçiliyində kilsənin həmişə xüsusi rolu olub. İndiki halda da kilsə faktiki olaraq əsas müxalifət rolunda çıxış edir. Paşinyan da ona mane olan kilsə ilə - əsas müxalifətlə hazırda haqq-hesab çəkir. Ona görə də Paşinyanın Erməni Qriqoryan (Apostol) Kilsəsinin başçısı İkinci Qareginlə münasibətləri pisdir və onu hər fürsətdə zərərsizləşdirmək istəyir", - deyə deputat vurğulayıb.

Növbəti parlament seçkisində də Paşinyanın liderlik etdiyi "Mənim Addımım İttifaqı"nın qələbə qazanmaq istəyinə toxunan parlamentari bunun üçün mübarizənin getdikcə qızışdığını əlavə edib:

"Bu baxımdan, Rusiyanın dəstəklədiyi kilsənin və müxalifətin qalib gələcəyini hesab etmirəm. Düşünürəm ki, bütün hallarda Paşinyanın komandasının bu marafondan birinci çıxmaq ehtimalı daha yüksəkdir".

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 İyun 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri