Ermənistanda seçki gərginliyi yüksəlir Müxalifət partiyalarının ofislərində axtarışlar aparılır
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanda seçkiqabağı gərginlik daha da artır.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, Ermənistanın Antikorrupsiya Komitəsi ölkənin Lori vilayətində fəaliyyət göstərən “Güclü Ermənistan” Partiyasının ofislərində axtarışlar aparıldığını açıqlayıb.
Komitənin yaydığı məlumatda bildirilir ki, seçicilərə rüşvət verilməsi və vətəndaşların seçki hüququnun sərbəst həyata keçirilməsinə maneə yaradılması ilə bağlı başlanmış cinayət işi çərçivəsində bir sıra axtarış və digər prosessual hərəkətlər həyata keçirilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, axtarışlardan biri “Qarışıq yemlər” mağazası adı altında fəaliyyət göstərən və gizli qərargah kimi istifadə edildiyi iddia olunan obyektdə aparılıb.
Antikorrupsiya Komitəsi əməliyyat nəticəsində saxlanılan şəxslərin olduğunu və hazırda istintaqın davam etdiyini bildirib. Saxlanılanların sayı və kimliyi barədə hələlik rəsmi məlumat verilməyib.
Buna baxmayaraq, iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi siyasi qüvvə hüquq-mühafizə orqanlarının ittihamlarını rədd edir. Partiya nümayəndələri seçicilərə pul paylanması ilə bağlı iddiaların əsassız olduğunu bildirirlər.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:212
Bu xəbər 15 May 2026 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















