Ermənistanda müxalifət tərəfdarları SAXLANILDI
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın Stepanavan şəhərində 14 nəfər saxlanılaraq Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.
Bakıvaxtı.az xəbər verir ki, “Sputnik Ermənistan”ın məlumatına görə, Komitə axtarışların və digər prosessual tədbirlərin cinayət işi üzrə araşdırma çərçivəsində aparıldığını bildirib.
Oktyabrın 21-də “Güclü Ermənistan” fraksiyasının deputatı Andranik Gevorgyan Stepanavanda partiya tərəfdarlarına qarşı genişmiqyaslı axtarışların və saxlanılmaların həyata keçirildiyini açıqlayıb.
Qeyd edək ki, Stepanavanda yerli özünüidarəetmə orqanlarına seçkilər oktyabrın 25-də keçiriləcək. Müxalifət partiyası bu icmada namizəd irəli sürüb.
Ermənistanın Baş naziri Nikol Paşinyan son iki gündə vətəndaşları seçki prosesi zamanı təzyiq və ya rüşvət halları barədə şəxsən ona məlumat verməyə çağırıb.
Gevorgyan daha əvvəl Stepanavanda bir sıra müəssisələrin əməkdaşlarının siyasi səbəblərlə işdən çıxarıldığını iddia edib. Paşinyan isə bu məlumatların araşdırılması ilə bağlı göstəriş verib.
Saxlanılan şəxslərin kimliyi və onlara qarşı irəli sürülən mümkün ittihamlarla bağlı əlavə məlumat açıqlanmayıb.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 21 Oktyabr 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















