Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Ermənistanda seçki: İrəvan küçələrində təxribatların şahidi ola bilərik

Ermənistanda seçki: İrəvan küçələrində təxribatların şahidi ola bilərik

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanda seçkiönvəsi proseslər yaxınlaşdıqca siyasi mühitdə gərginlik pik həddə çatır, xüsusilə revanşist qüvvələrin və müxalif iddiaçıların kəskin fəallaşması müşahidə olunur. Ölkənin yaxın keçmişindəki terror, parlamentin gülləbaran edilməsi və hakimiyyətin zorla ələ keçirilməsi kimi qanlı siyasi ənənələr fonunda müxalifətin bu aqressiv ritorikası daxili sabitlik üçün ciddi suallar doğurur. Seçki marafonunda lazımi elektorat dəstəyini qazana bilməyəcəyini anlayan radikal qüvvələrin küçə iğtişaşlarına və qaydasız döyüş elementlərinə əl atmaq ehtimalı vəziyyəti daha da mürəkkəbləşdirir.

Bəs Ermənistanda seçkiqabağı revanşist qüvvələrin fəallaşması ölkəyə və regiona nə vəd edir? Bu gərginlik Nikol Paşinyanın favorit qəbul edildiyi seçki prosesinin legitimliyini şübhə altına sala bilərmi?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Ermənistanda revanşist qüvvələrin fəallaşması sırf qarşıdan gələn seçkilər kontekstində baş verən bir prosesdir. Seçkilərə bir neçə gün qalmış bəllidir ki, elektoratın bir hissəsi hələ də kimə səs verəcəyi ilə bağlı qəti qərar verməyib. Prosesdə iştirak edən partiyaların sayı kifayət qədər çoxdur. Digər tərəfdən, iddiaçıların aqressiv ritorikadan istifadə etməsi onu göstərir ki, onlar ilk növbədə bir-birlərinə psixoloji təsir göstərməyə, həmçinin seçicilər qarşısında özlərinin hazırlıqlı, təpərli və güclü olduqlarını nümayiş etdirməyə çalışırlar:

Tofiq Abbasov: Ermənistandakı güc strukturları tamamilə Nikol Paşinyanın ətrafında cəmləşib və formalaşıb

"Lakin məsələ burasındadır ki, bu seçkilərdə Nikol Paşinyanın partiyası və onun ətrafındakı müttəfiqləri həqiqətən də favorit kimi görünürlər. Baxmayaraq ki, həm Rusiya, həm də Qərb tərəfindən müəyyən təzyiq və təsirlər mövcuddur. Elə ABŞ rəsmisi Marko Rubionun Ermənistana baş tutan qısamüddətli səfəri də seçkilər kontekstində qiymətləndirilməlidir. Bu addım ondan xəbər verir ki, əsas qlobal aktorlar, dolayısı ilə və ya birbaşa, ilk növbədə hakim partiyaya dəstək verirlər. Bununla da bütün müxalif qüvvələrə mesaj verilir ki, beynəlxalq güclərin gələcək planları məhz Nikol Paşinyan və onun komandası ilə bağlıdır".

Politoloqun sözlərinə görə, tarixdən də bəlli olur ki, Ermənistanın siyasi proseslərində özünəməxsus mənfur və qanlı bir ənənə mövcuddur; söhbət siyasi terrordan və hakimiyyəti zorla ələ keçirməkdən gedir. Belə presedentlər keçmişdə də olub; məsələn, 1999-cu ilin oktyabrında parlamentin gülləbaran edilməsi hələ də yaddaşlardadır. XIX əsrin sonu, XX əsrin əvvəllərində formalaşan "Hınçak", "Daşnaksutyun", "Armenakan" kimi ermənipərəst partiyaların hamısı terror üzərində qurulub. Bu baxımdan seçki günlərində İrəvanın mərkəzi küçələrində, məhəllələrində hansısa qeyri-adi, təxribat xarakterli hadisələrin şahidi ola bilərik:

"Çünki Robert Köçəryan, Samvel Karapetyan kimi fiqurlar gözəl başa düşürlər ki, onların seçkidə qalib gəlmək şansları minimum səviyyədədir. Lazımi səs çoxluğunu əldə edə bilməyəcəklərini anladıqları üçün qayda pozuntuları törətməyə, ölkədə hərc-mərclik yaradaraq seçkilərin legitimliyini şübhə altına almağa çalışacaqlar. Lakin mən belə bir ssenarinin baş tutacağına inanmıram. Ermənistandakı güc strukturları tamamilə Nikol Paşinyanın ətrafında cəmləşib və formalaşıb. Onlar qarşıda dura biləcək təhdidlərlə bağlı həm məlumatlandırılıblar, həm də anlayırlar ki, ölkədəki nisbi sabitliyin qorunması üçün əllərindən gələni etməlidirlər".

Müsahibimizin fikrincə, bu istiqamətdə xüsusilə canfəşanlıq edən Robert Köçəryanın heç bir şansı yoxdur. O, nə seçkilərdə qalibiyyət əldə edə, nə də seçkiöncəsi günlərdə vəziyyəti qarışdırıb xaos yarada bilər. Hazırda bu cür "qaydasız döyüş" elementlərindən istifadə edən qanunsuz qüvvələr sadəcə öz məğlubiyyətlərinin qaçılmaz olduğunu dərk edirlər:

"Ona görə də son şanslarından istifadə edərək guya nəyəsə qadir olduqlarını göstərməyə çalışırlar. Amma onların bu hesablamalarının və proqnozlarının reallaşacağına inanmıram".

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 İyun 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri