Ermənistanda fermerlər İrəvan Arazdəyən yolunu bağlayıblar
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanda fermerlər pomidor satışı probleminə görə İrəvan - Arazdəyən (1968-ci ildən sonra ermənilər ərazinin adını dəyişərək Yerasx qoyub -red.)Yerasx yolunu bağlayıblar.
Bu barədə yerli "News.am" agentliyi məlumat yayıb.
Məlumata görə, aksiya iştirakçıları məhsul satışı ilə bağlı problemin həllini tələb edirlər. Etirazçılar avtomobilləri yolun hərəkət hissəsində saxlayıblar və polis əməkdaşlarının tələblərinə baxmayaraq, yolu boşaltmaq tələbinə məhəl qoymayıblar.
Aksiya iştirakçılarından birinin sözlərinə görə, hakimiyyət hər il məhsul satışı problemini həll edəcəyinə söz verir, lakin vəziyyət pisləşir. Fermerlər qeyd edirlər ki, onların məhsulları daxili bazar üçün nəzərdə tutulsa da, ixracla bağlı çətinliklər ölkə daxilindəki satışa da mənfi təsir göstərir.
Fermerlər ya kreditlərə möhlət verilməsini, ya da məhsulun alışı probleminin həll edilməsini tələb edirlər. Əks halda, onlar daha sərt etiraz aksiyalarına keçəcəkləri ilə hədələyiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 20 İyul 2026 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















