Ermənistanda təşviş: Azərbaycanlılar bura yaşamağa gələcəklər
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Əgər Nikol Paşinyan 2026-cı ilə qədər hakimiyyəti saxlaya bilsə, Ermənistan birbaşa Azərbaycanın təsiri altında qala bilər".
Turkustan.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Mikael Hambardzumyan jurnalistlərə açıqlamasında deyib.
"Bu, onların gəlib evlərimizi qıracaqları anlamına gəlmir. Bu o deməkdir ki, yumşaq güc təzyiqi güclənəcək. Eyni dostluq prosesi başlayacaq və bu, bir müddət davam edəcək. Azərbaycanlılar Ermənistanda yaşamağa gələcəklər və onların dövlət zəmanətləri olacaq. Əhali balansı dəyişməyə başlayacaq və azərbaycanlılar Azərbaycan və Türkiyə tərəfindən maliyyələşdiriləcək. Kağız üzərində de-yure, bir müddət müstəqilliyimizi saxlaya bilərik, amma de-fakto onu itirəcəyik. Biz Azərbaycanın bir əyalətinə çevriləcəyik", - deyə o əlavə edib.
Hambardzumyan dostluğun tərəfdarı olduğunu, lakin "güclülərin zəiflərlə əsl dost ola biləcəyinə" inanmadığını qeyd edib./modern.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 30 Oktyabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















