Icma.az
close
up
RU
Ermənistanda panika: azərbaycanlılar qayıdır, qoşunlar çəkilir

Ermənistanda panika: azərbaycanlılar qayıdır, qoşunlar çəkilir

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Basarkeçərin qubernatoru birgəyaşayışın anonsunu verdi; ermənilər düşmənçilik səhifəsini çevirməyə hazırdırmı...

Ermənistanın Qeqarkunik əyalətinin (Basarkeçər) qubernatoru Karen Sarkisyan maraqlı açıqlama verib. O, azərbaycanlılarla birlikdə yaşamağa hazır olduqlarını bildirib. Sarkisyan deyib ki, yaxın günlərdə sərhədlərin demarkasiyası prosesi baş verəcək. O düşünür ki, bu razılaşmadan sonra ərazidəki Azərbaycan qoşunu geri çəkiləcək.

Qubernator onu da bildirib ki, sərhədlərin demarkasiyasından sonra azərbaycanlılar geri qayıdacaq. “Biz onlarla birlikdə dinc həyat yaşamağa qarşı deyilik. Şübhəsiz ki, azərbaycanlılar gələrsə, onlarla birgə yaşamağa hazırıq”.

Bir müddət əvvəl spiker Alen Simonyan demişdi ki, vaxt gələcək, azərbaycanlılarla ermənilər ticarətlə məşğul olacaq, gediş-gəliş olacaq. Sitat: “Vaxt gələcək, ermənilər Azərbaycana, azərbaycanlılar isə Ermənistana yaşamağa gedəcəklər, bir-biri ilə alver edəcəklər. Biz buna gedirik. Sülh elə budur”.

Basarkeçər qubernatorunun sözlərini anons kimi qəbul etmək olarmı? Yaxın günlərdə sərhədlərin demarkasiyası prosesi başlayarsa, sonrakı mərhələdə gediş-gəliş mümkündürmü? Doğrudanmı ermənilər özlərinin səbəb olduğu düşmənçilik səhifəsini çevirməyə hazırdır? Bu da faktdır ki, erməni cəmiyyətində türkofobiya hələ də güclü olaraq qalır...

 Ramiyə Məmmədova

Ölkə.az xəbər verir ki, siyasi ekspert Ramiyə Məmmədovanın “Yeni Müsavat”a bildirdiyinə görə, birgəyaşayış hələlik real görünmür. Onun sözlərinə görə, azərbaycanlılarla ermənilərin birgə yaşadığı başqa coğrafiyalar, şəhərlər var: “Biz Gürcüstanın bəzi kəndlərini qeyd edə bilərik, həmçinin Rusiyada, Avropada və bir sıra ölkələrdə azərbaycanlılarla ermənilər bir ərazidə yaşayırlar. Amma münasibətlər, təmaslar olduqca məsafəlidir. Burada siyasi səbəblərdən daha çox mənəvi, psixoloji, toplumların qarşılıqlı nifrəti problemləri mövcuddur. Gəlin razılaşaq ki, ermənilər azərbaycanlılara, bütövlükdə türk etnosuna nifrət edir, düşmən kimi baxır. Əgər onların gücü çatsaydı, yenə əsrlər boyu başımıza gətirdikləri müsibətləri yaşadar, qətliamlar törədərdi. Bu baxımdan Ermənistanda türkofobiya qalır. Son dövrlər nifrət daha da körüklənir”.

Siyasi təhlilçinin fikrincə, 44 günlük müharibədən sonra Ermənistanda revanşistlər təbliğatı gücləndirib: “Onlar qisasdan danışırlar, "artsax" deyirlər, Qarabağa nə zamansa qayıtmaqdan dəm vururlar. Belə bir toplumla birgə yaşamaq olduqca çətindir. Üstəlik, yaralar sağalmayıb. Hər iki tərəfin müharibədə həlak olanları var. İndi biz azərbaycanlı və erməni analarına birgə yaşamağı təklif etsək, təbii ki, etirazla qarşılanacaq. Ona görə də siyasi amillərdən daha dərin məsələlər var. Çünki Azərbaycanla Ermənistan sülh sənədi imzalaya bilər, amma xalqların barışması bir kağızla, sənədlə olmur. Bunun üçün illər lazımdır. Yəni yaralar qaysaq bağlamalıdır, bölgədə dayanıqlı sülh, təhlükəszilik təmin edilməlidir, hər iki tərəfin ziyalıları görüşməlidirlər, təmaslar artmalıdır, gediş-gəliş olmalıdır, etimad mühiti formalaşmalıdır. Bu da çox mürəkkəb mövzulardır. O baxımdan erməni qubernatorun verdiyi anonsu hələlik daxili auditoriyaya hesablanmış sözlər kimi qəbul etmək lazımdır. Ancaq sərhədlərin dəqiqləşməsi istiqamətində addımların atılması mümkündür. Əgər Basarkeçərin nümayəndəsi bu açıqlamanı veribsə, görünür, hansısa məlumatlara malikdir. Əlbəttə, Azərbaycan da sərhədlərin delimitasiyasının sürətlənməsində maraqlıdır".

Ekspert hesab edir ki, azərbaycanlıların Qərbi Zəngəzura qayıdışı əsas hədəflərdən biridir: “Erməni cəmiyyətində bununla bağlı təbliğat aparılmalı, ictimai rəy hazırlanmalıdır. Bu da Paşinyan hakimiyyətinin üzərinə düşən missiyadır. Artıq Qərbi Zəngəzurda bu söhbətlər çox danışılır. Erməni camaatına deyirlər ki, azərbaycanlılar qayıdacaqlar. Bu da ciddi təşvişə səbəb olur. Ermənilər fikirləşirlər ki, Şərqi Zəngəzurdan sonra Qərbi Zəngəzur da Azərbaycanın nəzarətinə keçəcək. Bu da bizim haqqımızdır. Rəsmi şəxslər deməyə bilər, lakin biz dədə-baba torpaqlarımıza, ermənilərə peşkəş edilmiş tarixi ərazilərimizə iddialarımızı dilə gətirməliyik. Xalqımız 44 günlük Vətən müharibəsində tarixi qələbəyə imza atdı. Bu zəfərdən sonra əsas hədəf Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşmasıdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev Qərbi Zəngəzura qayıdış mövzusunda bu fikirləri səsləndirib: “Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi 1905, 1918-ci illərdə Azərbaycan əhalisini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir”.

Erməni diplomat Edqar Qazaryan isə deyib ki, müstəqillik bəyannaməsinin konstitusiyadan çıxarılması hazırkı Ermənistan dövlətinin ləğv edilməsi, bu ərazidə yeni dövlətin formalaşması deməkdir: “Ermənistan hakimiyyəti bu addımları ilə Azərbaycanın Zəngəzur, Dərələyəz, Vedi və Bakının Qərbi Azərbaycan adlandırdığı ərazilərə girişinə hüquqi zəmin hazırlayır”. Qazaryan iddia edir ki, hazırda Göyçədə müəyyən ərazilərin Azərbaycana təhvil verilməsinə hazırlıq gedir: “Göyçədə mina təmizləmə işləri həyata keçirilir. Ermənistan ordusuna tapşırıq verilib ki, ərazilər Azərbaycana təhvil verilməsi üçün minalardan təmizlənməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:344
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 May 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri