Ermənistanda türklərə qarşı düşmənçilik yenidən qızışdırılır?
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
"Enerji resursları ilə zəngin Azərbaycan Cənubi Qafqazda özünü İran və Rusiyaya görə "iki dünya müharibəsi" arasında sıxılmış kimi hiss edir".
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "The National" nəşrinə müsahibəsində bildirib.
O, Rusiya-Ukrayna müharibəsi, İsrail-İran münaqişəsi, Yaxın Şərqdəki vəziyyət, eyni zamanda ABŞ-nin regionda iştirakı məsələləri barədə danışıb. Hikmət Hacıyev bildirib ki, Azərbaycan regionda baş verən gərginlikdən narahatlıq keçirsə də, bu mövzuda rəsmi Vaşinqtonla danışıqlar aparmayıb.
"Hakimiyyət dəyişikliyi və ya Ermənistanın hazırkı siyasətində ciddi bir düzəliş, o cümlədən PKK terrorçuları ilə yaxınlaşma İrəvanda Türkiyə və Azərbaycan əleyhinə əhvali-ruhiyyənin güclənməsinə səbəb ola bilər".
Bu fikri Türkiyənin "Diplomatiya və Strategiya" jurnalının baş redaktoru İlkut Taha Taşlı ötən həftə qardaş ölkənin bir neçə mediası tərəfindən yayılan analitik məqaləsində ifadə edib.
Ekspert əlavə edib ki, 1915-ci il hadisələri ilə bağlı uydurma iddialar Ermənistan cəmiyyətində türklərə qarşı düşmənçiliyi qızışdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 03 Fevral 2026 00:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















