Icma.az
close
up
RU
Ermənistanda vəziyyət gərginləşir: Paşinyan özünü belə sığortalamağa çalışır

Ermənistanda vəziyyət gərginləşir: Paşinyan özünü belə sığortalamağa çalışır

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ Dövlət katibinin müavininin keçmiş köməkçisi Ceyms O'Brayen öz çatışmazlıqlarını Ermənistanın üzərinə atmağa çalışmamalıdır.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, O'Brayen ABŞ Prezidenti Donald Trampın administrasiyasının əvvəlki ABŞ hakimiyyətinin edə bilmədiyini necə həyata keçirdiyini izah etmək vəzifəsi ilə üzləşir.

“Biz ABŞ administrasiyasının regionumuzda sülh gündəliyinin dəstəklənməsi baxımından işindən razı deyildik. O'Brayenin geosiyasi incəlikləri qavramaq qabiliyyətinin olmaması onun Dövlət Departamentində qalmasına imkan vermədi. Buna görə də onun emosional qiymətləndirmələrini şərh etmək niyyətində deyiləm”, - deyə N.Paşinyan bildirib.

Qeyd edək ki, bundan əvvəl O'Brayen Vaşinqtonda imzalanmış ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında bəyannamənin İrəvana hər hansı əhəmiyyətli sülh dividendləri gətirməyəcəyini bildirib. 

ABŞ-də erməni lobbisinin əsas təmsilçilərindən biri kimi tanınan Ceyms O'Brayen öz siyasi mövqeyi ilə sülh prosesinin baş tutmasına mane olub. Ona görə də O'Brayenin bu açıqlamanı erməni diasporunun təsiri altında verdiyini görmək olar.

Sülh sazişinə münasibətdə Paşinyan hakimiyyəti ilə ABŞ-dəki erməni diasporu arasında fikir ayrılığının olduğunu nəzərə alsaq, Paşinyanın Ceyms O'Brayeni savadsızlıqda ittiham etməsinin səbəbləri aydın olar. Eyni zamanda, O'Brayen Demokratlar Partiyasının üzvüdür və onun Tramp adminstrasiyasının siyasi uğurunu tənqid  etməsi Respublikaçılar Partiyasına olan müxalif mövqeyi ilə bağlıdır.  

Digər tərəfdən, Nikol Paşinyanın eks-prezident Co Baydenə və onun adminstrasiyasına qarşı çıxması Donald Trampın siyasi komandası ilə yaxınlaşmaq cəhdləri ilə izah oluna bilər. Məlum olduğu kimi, Nikol Paşinyan Donald Trampın nə birinci, nə də ikinci prezidentliyi dönəmində Ağ Evlə yaxın siyasi münasibətlər qura bilməyib.

Ermənistandan fərqli olaraq, Tramp adminstrasiyası Azərbaycanla strateji əməkdaşlığa üstünlük verib. Nikol Paşinyan hökuməti isə 2024-cü ildə ABŞ-də keçirilən prezident seçkilərində erməni diasporu ilə birlikdə Donald Trampın demokrat rəqibi, keçmiş vitse-prezident Kamala Harrisi dəstəkləyib.

Ona görə də Trampın prezident seçilməsi Paşinyanın Qərbdəki siyasi mövqelərini zəiflətmişdi. Prezident Trampın Azərbaycanla Ermənistan arasında sülh yaratmaq və Zəngəzur dəhlizini açmaq təşəbbüsü Nikol Paşinyana rəsmi Vaşinqtonla əlaqə qurmaqda əlverişli şərait yaratdı.

Ona görə də Paşinyanın Ceyms O'Brayenin ünvanına söylədiyi ittihamlarla  Trampın “Yuxulu Co bu münaqişəni həll edə bilmədi” fikrinə dolayısı ilə dəstək verir. Bununla da 2026-cı ilin iyun ayında Ermənistan keçiriləcək parlament seçkilərinə “Sülh” şüarı ilə gedən Nikol Paşinyan Tramp adminstrasiyasının və Respublikaçıların dəstəyini almağa çalışır. 

Paşinyanın Başden hökumətini tənqid etməsinin arxasında dayanan başqa bir səbəb Ermənistan rəhbərliyinin “Sorosçular”dan formalaşması ilə bağlıdır.
Prezident Tramp isə “Sorosçular”a qarşı mənfi münasibəti ilə seçilir. Bu baxımdan, Paşinyan demoakratlara qarşı çıxmaqla Trampın qarşısında  özünü siyasi cəhətdən sığortalamağa çalışır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Avqust 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri