Ermənistandakı dəmiryolları ilə bağlı QƏRAR VERİLDİ KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Rusiya mütəxəssisləri Ermənistan ərazisində qonşu ölkələrlə bağlantı yaratmaq üçün dəmir yollarının qısa hissələrini sürətlə bərpa edə bilər.
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın baş nazir müavini Aleksey Overçuk TASS agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, 2025-ci ilin dekabrında Ermənistan tərəfi ən yüksək səviyyədə Rusiyaya müraciət edərək Ermənistan–Azərbaycan və Ermənistan–Türkiyə sərhədləri yaxınlığında yerləşən, ümumi uzunluğu 12-13 kilometr olan iki qısa dəmir yolu hissəsinin bərpasını xahiş edib.
Moskva bu müraciətə müsbət cavab verib və danışıqlara hazır olduğunu bildirib.
Overçuk qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan sonradan Rusiya tərəfinin dəmir yolu sahəsində iştirakının ölkənin inkişafına maneə yarada biləcəyini deyib və mövcud konsessiyanın başqa “dost ölkəyə” satılmasını təklif edib. Rusiya rəsmisi isə bunun ziddiyyətli yanaşma olduğunu vurğulayıb.
O, əlavə edib ki, bəzi iddialara görə, Rusiya şirkətinin Ermənistandakı iştirakı digər ölkələri çəkindirir və nəticədə yüklər Azərbaycanın Naxçıvan bölgəsindən birbaşa Türkiyəyə yönələ bilər.
Rusiya baş nazirinin müavini bildirib ki, rus dəmiryolçuları bu sahədə böyük təcrübəyə malikdirlər.
O, 2024-cü ilin may–iyun aylarında təbii fəlakət nəticəsində zədələnmiş və Ermənistanı xarici dünya ilə birləşdirən yeganə dəmir yolu xəttinin qısa müddətdə bərpa edildiyini xatırladıb.
Overçukun sözlərinə görə, sözügedən 10–15 kilometrlik hissələrin bərpası da qısa zamanda mümkündür. Bununla belə, o, qeyd edib ki, bu layihənin iqtisadi perspektivləri məhduddur və investisiyaların geri dönüşü ilə bağlı suallar qalır.
Rusiya tərəfi hesab edir ki, buna səbəb regionda Gürcüstan, İran və Rusiya üzərindən alternativ nəqliyyat marşrutlarının mövcudluğu, eləcə də Xəzər dənizi ilə bağlı logistik amillərdir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 02 Aprel 2026 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















