Icma.az
close
up
RU
Ermənistandakılar bilməlidirlər ki, bu halda başları dərddə olacaq Deputat

Ermənistandakılar bilməlidirlər ki, bu halda başları dərddə olacaq Deputat

Icma.az bildirir, Olke.az portalına istinadən.

" Zəngilan şəhərinə ilk köç edən soydaşlarımızla görüşdə Prezidentimiz cənab İlham Əliyevin hay toplumuna və onları geosiyasi alət gözündə görənlərə xəbərdarlıq xarakterli çıxışı oldu. Mən bu haqda danışmaq istəyir və qarşı tərəfi ondan düzgün nəticə çıxarmağa çağırıram. 
Ermənistanda belə xəbərdarlıqlara əməl olunmadıqda bunun nə ilə bitdiyini unudanlar varsa, yaddaşlarını təzələsinlər. Qoy fikirləşsinlər: kimlərəsə güvənərək Azərbaycanın haqlı tələblərini vaxtında yerinə yetirməməklə biabırçı məğlubiyyət və böyük itkilərdən başqa nə əldə edə bildilər?

Heç kimə sirr deyil ki, Azərbaycan öz torpaqları üzərində suverenliyini nə cür təmin etmişdisə, qarşı tərəfi sülh masasına da o cür oturtdu. İndi revanşizm haqqında düşünənlər bunu unutmamalıdırlar. 

Nə yazıq ki, Ermənistanın qərbdəki  havadarlarını da qaşıyanda altından bu regionda qətiyyən sülhdə maraqlı olmayan zatulinlər boylandığı kimi, onların təlimatı əsasında hərəkət edənlərin, sözdə sülhdən dəm vuranların da bir çoxu gizli revanşistlərdir".

Ölkə.az xəbər verir ki, bunu deputat Sahib Alıyev parlamentdə çıxışı zamanı deyib.
Deputat daha sonra qeyd edib: "Burada sual edirəm: muzdla Azərbaycan əleyhinə işlədilən Luis Moreno Okampo ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı nə bağlayır? Mirzoyanın Belçika parlamentinin İrəvana təşrif gətirən sədrinə Azərbaycan və sülh əleyhinə 16 aprel qətnamələrinə görə təşəkkür etməsini biz necə anlamalıyıq? Ermənistan parlamentinin sədri Alen Simonyan da ötən həftə eyni mahiyyətli qətnaməyə görə Avropa Parlamentinin sədrinə təşəkkür edirdi. Bu nə deməkdir? Onlar bu cür davranışlarıyla Karapetyandan, Köçəryandan, ikinci Qaregindən, revanşizm haqda düşündüklərini gizlətməyən digərlərindən çoxmu fərqlənirlər?

Təəssüf ki, yox. Çünki eyni toplumun təmsilçiləridirlər. O toplumun ki, cənab Prezidentin sözügedən çıxışında da məqsədli şəkildə vurğulandığı kimi, Zəngilanı öz nasist rəhbərləri ilə birgə talayırdılar. Yeri gəlmişkən, Zəngilan təkcə Azərbaycanın iki ölkə ilə həmsərhəd olan tək bölgəsi deyil, həm də talanan var-dövlətinin o iki ölkənin ikisinə də daşınan bölgəsidir və bu da unutmayacağımız keçmişdir.

 Ermənistanda bilməlidirlər ki, Azərbaycan Prezidenti bu reallığı elə-belə xatırlatmırdı. Və Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayanlar hakimiyyətə gəlsələr, başlarının dərddə olacağı haqda xəbərdarlığının hədəfi təkcə revanşizm haqqında düşündüklərini gizlətməyənlər deyil. Yəni təkcə onların yox, orada çoxlarının başı dərddə olacaq. 
 Amma buna, ən yaxşı halda "Real Ermənistan"ın Ararat Respublikasının sərhədləri çərçivəsinə qaytarılmasına ehtiyac varmı? Bu gün məzlum və incidilmiş görkəmi alanların keçmişlərini yaxşı bildiyimiz, vəhşiliklərini, talançılıqlarını unutmadığımız halda biz bunu istəmirik, sülh və normal qonşuluq təklif edirik. Hansını istəyirlərsə, onu da seçsinlər".

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 May 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri