Icma.az
close
up
RU
Bilməlidirlər ki, haradan hücum olacaq Samir Mirzə

Bilməlidirlər ki, haradan hücum olacaq Samir Mirzə

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Media savadlılığı və cəmiyyətdə bu məsələnin hazırkı durumu ilə bağlı tanınmış jurnalist, Ölkə.az saytının baş redaktoru Samir Mirzənin Yenisabah.az-a müsahibəsi:

- Samir bəy, media savadlılığı nədir? Sizcə, cəmiyyətimizdə bu anlayış kifayət qədər tanınırmı?

Media savadlılığı bu gün ən zəzuri mövzulardan birinə çevrilib. Bir çoxlarının şübhəli xəbərləri birmənalı şəkildə qəbul eləməsi, eşitdiyinə, gördüyünə dərhal inanması, cəmiyyətlərdə böyük problemlərə yol açacaq amildir. Təsəvvür edin, müasir insanların bir çoxu ərindiyindən bir otaqdan digərinə keçməkdə tənbəllik edir və bir-biri ilə rəqəmsal dünya vasitəsilə əlaqə saxlayırlar. İndi görün, bir evin içərisində mətbəxdən qonaq otağına daxil olarkən nə qədər informasiya alırlar. Bəzi hallarda aldıqları məlumatı sorğulamadan dərhal dostları ilə paylaşırlar. Təəssüf ki, tanınmış və məşhur şəxslər, etibar qazanmış simalar da belə davranışlara yol verirlər.

-Günümüzdə media savadlılığına ehtiyac niyə bu qədər artıb? Dezinformasiya ilə mübarizə üçün hansı addımlar atılmalıdır?

Bilirsiniz ki, şayiə və dezinformasiyaların yayılma sürəti, cazibədarlığı dəqiq xəbərdən daha çoxdur. Elə bir dövrə gəlmişik ki, həqiqi məlumatı cəzbedici etməyə məcburuq. Məsələn, istər yazılı, istərsə də vizual şəkildə informasiya çatdırarkən, başlanğıcda oxucunun mütləq diqqətini çəkməliyik və onların başa düşdüyü sadə dildən istifadə etməliyik. Yoxsa oxucu, dinləyici üz tutacaq ağzına gələni “şok, şok, şok” şəkildə danışanlara tərəf. Bununla yanaşı, insanlarımız da məsuliyyətli davranmalıdır. Manipulyasiya olunmamaları üçün özləri də duyuq düşməlidirlər. Şübhəli məlumatlar gördükdə digər mənbələrə baxmalıdırlar. İnsan gərək öz qiymətini bilsin, çalışsın ki, aldanmasın. Hər xəbərə aldanan insan necə şəxsiyyət kimi formalaşa bilər?! “Aldandım”, “bizə yanlış məlumat verdilər” deməklə həmişə məsuliyyətdən boyun qaçırmaq olmaz. Yeri gəlmişkən, burada bir məqama toxunmaq istərdim. Bəzi qurumların çevik davranmaması, dezinformasiyanın yayılmasına rəvac verir. Məsələn, onlar zəruri hallarda vaxtında reaksiya versələr, neqativ halların geniş vüsət almasının qarşısını tez ala bilərlər. Həmin qurumlar riskləri hesablamalıdır və həmişə dezinformasiyaya hazır olmalıdırlar. Bilməlidirlər ki, haradan informasiya hücumuna məruz qala bilərlər. Ona uyğun hazırlıq görülməlidir.

- Media mənbələrindən məlumat əldə edərkən hansı meyarlara əsaslanırsınız?

Təbii ki, jurnalist olaraq informasiyaları elə çatdırmalıyıq ki, oxucuda yanlış təsəvvür formalaşmasın və dezinformasiyaya yol açmayaq. Çünki savadlı, duyuq insanlar da qurbana çevrilə bilirlər. Əslində, hər bir vətəndaş bu məsələdə məsuliyyətli davransa, sağlam cəmiyyət formalaşdırarıq.

- Sizcə, son illər süni intellektin inkişafı da media savadlılığına yeni problemlər yaradırmı?

Süni intellektə gəldikdə onu demək olar ki, bəzi hallarda heç də intellektli davranmırlar. Başqa sual verirsən, informasiya almağa çalışırsan, baxırsan ki, yanlış məlumat verir. Məsələn, “Google”da ad soyadını axtarışa verdiyin şəxs haqqında rahatlıqla informasiya alırsan, amma süni intellektə eyni şəkildə müraciət edəndə tamamilə yanlış məlumat verir. Ona görə də insanlarımız bu məsələlərə önəm verməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Dekabr 2024 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri