Icma.az
close
up
RU
İranın Azərbaycana qarşı əzələ gücləndirmək şansı yoxdur, çünki...

İranın Azərbaycana qarşı əzələ gücləndirmək şansı yoxdur, çünki...

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

“Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində Azərbaycan-İran münasibətləri üzrə səsləndirdiyi mövqe rəsmi Bakının gəlirli geosiyasi vitrinlərə doğru çıxması fonunda diqqət çəkdi”.

Bunu Bakıvaxtı.az-a siyasi şərhçi Aqşin Kərimov prezident İlham Əliyevin dünən yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan-İran münasibətləri barədə bildirdiyi fikirlərlə bağlı deyib.

Ekspert bildirib ki, birincisi, İran Yaxın Şərq arenasında uğursuzluqlara düçar olub və Tehran bunun əvəzində Cənubi Qafqazda Azərbaycana qarşı hücumlar həyata keçirən doktrinanı təkrarlamaqla geosiyasi tarazlıq yaratmaq istəyir. Bununla belə, İranın Azərbaycana qarşı əzələlərini gücləndirmək şansı yoxdur, çünki rəsmi Bakı strateji maraqlarının arxasında duran şansları qılınc kimi asmaqda davam edir.

İkinci məqama diqqət çəkən A.Kərimov qeyd edib ki, İran xarici siyasətdəki problemlərlə bərabər özünün daxili hekayələrində də boşluqlara düşüb:

“Tehran bunu ört-basdır etməyin yollarından biri kimi resurslarını öz sərhədlərindən kənarda ambisiyalarını genişləndirmək cəhdinə yönəldir. Lakin İranın regionda güc halqası yaratmaq planı getdikcə sönükləşir, çünki Tehran bu ambisiyalarına müttəfiq axtarıb, onu planlarına şərik edə bilmir.

Regionda İranla Hindistan müttəfiq kimi görünür, eyni zamanda İranla Fransa Azərbaycana qarşı səylərini artırmaq şanslarını nəzərdən keçirir. Deməli, İranın müttəfiqi yoxdur, çünki Tehranın özü geostrateji rəqibləri tərəfindən fərqli meyarlara tabe olmaq riskləri ilə üzləşib. Üstəlik, İranın xarici siyasətindəki bel sütunu olan proksi qüvvələr getdikcə sıradan çıxır və onların dirçəlişi müşkülə çevrilir. Rusiya ilə İran müttəfiqliyindən isə danışmağa dəyməz, çünki Moskva da İranı bir çox halda rəqiblərinin maraqlarına qurban verir”.

Müsahibimizə görə, belə olduğu təqdirdə, İranın regionda faktiki həmlə gerçəkləşdirmək üçün geosiyasi imkanları tükənir, bu səbəbdən də Tehran Zəngəzur dəhlizi ilə əlaqədar mövqeyində yumşalmalara getmək məcburiyyətini hiss edir”.

A.Kərimov diqqətə çatdırıb ki, dövlətimzin başçısı müsahibədə sətiraltı olaraq Azərbaycanın İran üzərindəki geosiyasi üstünlüklərini xatırlatdı:

“Onun İranın Azərbaycan və Türkiyəyə qarşı təhqirlərini zəiflik rəmzi kimi xarakterizə etməsi də bu fikrin doğruluğunu təsdiqləyə bilər. Cənab Əliyev eyni zamanda İrandakı əyalətlər üzrə imam Cümələrin təyinatını həyata keçirən institutu – ali rəhbərlik institutu – xatırlatdı, Seyid Əli Xameneinin Azərbaycana qarşı hücumlarda birbaşa əlinin olduğuna işarələr verdi.

Məntiqlə prezident Əliyev İranın hakimiyyət elitasındakı gərginliklər, post-Xamenei dövrünə hazırlıq mərhələləri, bu prosesin nəticəsi olan “xarici düşmən obrazları”nın yaradılması planları barədə ən mötəbər məlumatlara sahibdir.

Onun mərhum xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın Azərbaycan səfirliyinə terror həyata keçirən şəxsin edamına söz verməsi, lakin Tehranın buna əməl etməməsinə dair səsləndirdiyi fakt da İslam Respublikasındakı daxili siyasi-hərbi və ruhani elitasındakı problemlərin müşayiətində diqqət çəkə bilər”.

Aqşin Kərimov: İran özünün daxili hekayələrində də boşluqlara düşüb

Siyasi şərhçi bildirib ki, Azərbaycan-İran arasındakı siyasi gərginliklərə baxmayaraq iki dövlətin praqmatik əsaslara söykənən gündəlikləri də mövcuddur və iqtisadi-ticari sahələri əhatə edir.
Bunun özü ikitərəfli əlaqələrdə ayrıca portfel kimi nəzərdən keçirilsə də, həmin fakt siyasi gərginliklərin azaldılması üçün lazım olan rolları ifadə edir:

“Bu cəhətdən İranın Azərbaycana qarşı yüksək hərəkətlilik rolunu oynaması çətindir, həm də ona görə ki, Tehranın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin işləməsində tranzit ölkə olan Azərbaycanın maraqlarına uyğunlaşmaq zərurətlərini dərk edir”.

Məlumat üçün bildirək ki, prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib. Ölkə başçısı qeyd edib ki, əyalət mollasının bizə qarşı nifrət münasibəti bu, birinci dəfə deyil:

“Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik.

Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?”

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Yanvar 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri