Icma.az
close
up
RU
“Ermənistandan “Troya atı” kimi istifadə olunur”

“Ermənistandan “Troya atı” kimi istifadə olunur”

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“ABŞ və Ermənistan arasında yanvarın 14-də imzalanan strateji tərəfdaşlıq haqqında anlaşma iki ölkənin özlərinə aid olan məsələdir. Amma, eyni zamanda, bu anlaşmanın Azərbaycana, o cümlədən Cənubi Qafqazdakı region ölkələrinə təsiri təbii ki, olacaq. Təəssüf ki, bu təsir heç də müsbət yöndə olmayacaq. Artıq son bir neçə ildə Cənubi Qafqazda ABŞ, Qərb Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq istəyir və bu, prosesdə Ermənistandan “Troya atı” kimi istifadə olunur”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Oqtay Qasımov söyləyib.

O.Qasımov əlavə edib ki, bu rəqabət heç də Cənubi Qafqaza sülh və sabitlik gətirmək məqsədilə edilmir: “Sadəcə olaraq geopolitik bir mübarizə gedir. ABŞ guya Azərbaycan və Ermənistan arasında vasitəçilik etməyə iddialı bir tərəf kimi uzun müddət çıxış etməyə cəhd edib. Lakin son 2 ildə ABŞ-nin Ermənistana birtərəfli dəstəyi və proseslərdə qərəzli mövqe tutması onun əslində vasitəçilik kimi bu prosesdən uzaqlaşdırılması ilə nəticələndi”.

Politoloq yanvarın 14-də imzananan sazişin keçən ilin aprelindən başlayan bir prosesin davamı kimi qiymətləndirdiyini vurğulayıb: “Belə ki, 5 apreldə ABŞ, Ermənistan, Avropa İttifaqı üçtərəfli danışıqlarında Ermənistana bütün istiqamətlərdə dəstək verilməsi ilə bağlı razılaşmalar əldə olundu. Heç də təsadüfi deyil ki, bu razılaşmaları bəzən Marşal planı kimi də dəyərləndirənlər var. Və bu, elə məhz bu cürdür. Yanvarın 14-də imzalanan bu sənəddə təhlükəsizlik, müdafiə, sərhəd və gömrük məsələləri, Ermənistana nümayəndələrin göndərilməsi ilə bağlı razılaşmalar və s. bu kimi məsələlər yer alır”.

Onun sözlərinə görə, bütün bunlar onu göstərir ki, yaxın dövrlərdə biz Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında normallaşma ilə bağlı hansısa ciddi bir irəliləyişin olacağını görməyəcəyik: “Çünki bir daha qeyd edirəm, bu razılaşma ilk növbədə həm də Azərbaycana qarşı yönəlib. Düşünürəm ki, bundan sonra sülh prosesində irəliləmələr yavaşlayacaq, sənədlərin delimitasiya və demarkasiya prosesi ciddi şəkildə irəliləməyəcək və biz Zəngəzur dəhlizinin açılması ilə bağlı hansısa ciddi irəliləyişləri görməyəcəyik. ABŞ-nin hərbi cəhətdən bölgədə olması bir daha qeyd edirəm Cənubi Qafqaz üçün kifayət qədər ciddi risklər yaradacaq”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Yanvar 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri