Ermənistanı çırpınan quşa bənzətdi Video
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Ermənistanın Baş naziri Nikol Paşinyan otaqda sıxılıb qalan kiçik bir quşun timsalında ölkəsinin tarixi necə dəyişə biləcəyini məsəl çəkərək izah edib.
“Qafqazinfo” xəbər verir ki, Baş nazir müvafiq videonu özünün “Telegram” kanalında paylaşıb.
Görüntülərdə kiçik bir quşun otaqdan çıxmağa çalışarkən dəfələrlə pəncərə şüşəsinə çırpıldığı görünür. Paşinyan videonu belə şərh edib:
“Bu quş içəri daxil olub və artıq 7-8 saatdır ki, pəncərəyə çırpılaraq çölə çıxmağa çalışır. Çünki qarşısında açıq məkan görür. Lakin o nəzərə almır ki, pəncərə bağlıdır və bu yolla çıxa bilməyəcək. Halbuki tam yanında açıq bir qapı var. Bizim tariximiz haqqında bilinməsi gərəkən əsas məqam məhz budur”.
Xatırladaq ki, iyulun əvvəlində Paşinyan Ermənistanın yeni konstitusiya layihəsinin ilin sonunadək dərc olunacağını bildirmiş, lakin dəqiq vaxt açıqlamamışdı. Bir qədər əvvəl isə Baş nazir Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlərində müəyyən problemlərin olduğunu da etiraf etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 22 İyul 2026 00:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















