Icma.az
close
up
RU
“Bir uçaydım bu çırpınan yelinən...”

“Bir uçaydım bu çırpınan yelinən...”

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Şirincan Məmmədli

“Tərəqqi” medallı tarix müəllimi

Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün xarici ölkə rəhbərlərilə görüşlərdə, əcnəbi media təmsilçilərilə müsahibələrdə səmimi olduğunu, dediyi sözlərin, verdiyi vədlərin üstündə durduğunu, dost və tərəfdaşlarına qarşı etibarlı münasibətini daima nümayiş etdirib, dəfələrlə sübuta yetirib. Bu gün Azərbaycan yürütdüyü məqsədyönlü xarici siyasəti ilə beynəlxalq aləmdə nüfuzunu artırmaqla yanaşı, etibarlı tərəfdaş imicini də getdikcə möhkəmləndirir, bölgədə və dünyada mühüm aktorlardan birinə çevrilir. Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasətin prioritetini dünyanın bütün ölkələri, xüsusilə də sərhəd qonşuları ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirmək təşkil edir. Bu baxımdan, ölkəmizin yaxın qonşularından olan İran İslam Respublikası ilə münasibətlərin yaxşılaşdırılması, əlaqələrin genişləndirilməsi və əməkdaşlığın getdikcə möhkəmləndirilməsi böyük əhəmiyyət kəsb edir.

İran və Azərbaycan xalqları İslam aləminə mənsub olan xalqlardır və əsrlər boyu bərabər yaşayıblar.. Azərbaycanla İran arasında diplomatik münasibətlərin zəngin tarixi keçmişi var. Müasir dövrdə iki müstəqil dövlət arasındakı əməkdaşlıq əlaqələrinin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib ki, bu da münasibətləri normallaşdırıb və inkişaf etdirib. Ümummilli liderin siyasətini layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də ölkələrimiz arasında əlaqələri uğurla inkişaf etdirir. Bu gün Azərbaycan və İran dost, qardaş ölkələr, mehriban qonşulardır. Bu gün qarşılıqlı hörmətə və dostluğa əsaslanan tarixi və mədəni əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir. Bütün bunları şərtləndirən əsas amil kimi hər iki ölkənin siyasi rəhbərliyinin siyasi iradəsi xüsusilə vurğulanmalıdır.

Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaradıb. Bu gün bu möhkəm zəmin üzərində qurulmuş dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə çatıb. Bu mənada 28 apreldə İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri hər iki tərəf üçün çox böyük əhəmiyyət kəsb edən siyasi hadisə oldu. Türk əsilli İran liderinin Bakıda olduqca isti, doğma insan kimi qarşılanması təsadüfi deyildi. Cənab Məsud Pezeşkian da özünü burada olduqca rahat, xoşbəxt hiss edirdi. O, Azərbaycanda olduğundan qürur duyduğunu, özünü Ərdəbildəki, Təbrizdəki kimi hiss etdiyini bildirdi. Cənab Pezeşkianın Bakıda ana dilimizdə danışması, dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın məşhur “Heydər babaya salam” şeirindən dərin məzmunlu bir bəndi oxuması xüsusi diqqət cəlb etdi. Bir çox ortaq dəyərləri bölüşən İran və Azərbaycanı bir-birinə tarixi uzun illərə söykənən mədəni, dini əlaqələr bağlayır. Müəyyən dönəmlərdə ölkələrimiz arasında fikir ayrılıqları olsa da, hakim siyasi iradə bu problemlərin dərinləşməsinin qarşısını alıb. Bu mənada cənab Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri münasibətlərin gələcək kursunun müəyyənləşməsinə mühüm təsir göstərəcək. Hər iki ölkənin liderləri qarşılıqlı anlaşma nümayiş etdirərək əməkdaşlığın genişləndirilməsi və etimadın bərpası üçün ciddi cəhdlər göstərirlər.

Cənab Prezident İlham Əliyev dövlət başçılarının birgə mətbuat konfransında vurğuladı ki, hər iki tərəf əlaqələrin inkişafına çalışmalıdır və çalışır. İmzalanan sənədlər də onu göstərir ki, ölkə rəhbərləri bütün istiqamətlər üzrə bir-birinə daha yaxın olmaq əzmindədir. Məqsəd birdir – İran-Azərbaycan əlaqələrini yüksək səviyyəyə qaldırmaq. Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Tarixi əlaqələrimiz yenidən bərpa olunmalı və inkişaf etdirilməlidir. Yaxın qonşuluq, eyni coğrafiyanı bölüşmək və xalqlarımız arasındakı tarixi-dini bağlar münasibətlərimizi gücləndirməyi diktə edir. Tarixin müəyyən dönəmlərində Azərbaycan-İran münasibətlərində müşahidə olunan gərginlik bu gün aradan qalxmaq üzrədir. İran rəhbərliyində təmsil olunan ayrı-ayrı güclərin arasındakı fikir ayrılıqları bəzən əlaqələrimizin lazım olan səviyyədə inkişafına mane olur. Odur ki, biz də milli maraqlarımızı əsas götürərək balansı qorumağa çalışırıq. Amma bu gün Pezeşkianın timsalında münasibətlərimizi gücləndirmək üçün yeni səhifə, imkanlar açılıb. Dialoq, qarşılıqlı hörmət və real əməkdaşlıq formatında təmaslarımızı artırmaqla regionda uzunmüddətli sabitliyi bərqərar edə bilərik.

Azərbaycanın xarici siyasətində İran İslam Respublikası ilə əlaqələr həmişə önəmli yer tutub. Bu amil iki qonşu və dost ölkənin əməkdaşlıq əlaqələrinin daha da dərinləşəcəyindən xəbər verir. Bu, eyni zamanda, həm xalqlarımıza, həm bölgəyə, həm də dünyaya ciddi mesajdır ki, İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Aprel 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri