Icma.az
close
up
RU
Ermənistanı sülh prosesinə daha məsuliyyətli yanaşmalıdır

Ermənistanı sülh prosesinə daha məsuliyyətli yanaşmalıdır

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Azərbaycanda akkreditə olunmuş xarici diplomatların işğaldan azad olunmuş Qarabağa səfəri Ermənistanda “fırtına” qopardığı halda və erməni revanşistlərinin Azərbaycana qarşı düşmənçilik səpkisində təbliğatının yenidən gücləndiyi bir vaxtda, “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında Bakı-İrəvan normallaşmasının Cənubi Qafqazda ticarəti genişləndirəcəyi barədə proqnozu xüsusilə böyük maraq doğurur.
Hesabatda bildirilir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin davamlı şəkildə normallaşması Cənubi Qafqazda sabitliyi möhkəmləndirə və yeni ticarət marşrutlarının yaranmasına imkan verə bilər. Agentliyin qiymətləndirməsinə görə, Bakı ilə İrəvan arasında uzunmüddətli razılaşmanın əldə olunması regional sabitliyi gücləndirəcək, nəqliyyat bağlantılarını yaxşılaşdıracaq, Qafqazda ticarət və tranzit əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradacaq. Azərbaycan–Ermənistan münasibətlərində real normallaşma baş verərsə, bu, Cənubi Qafqazı uzun müddətdir zərər verən qeyri-müəyyənlikdən çıxarıb investisiya üçün daha cəlbedici məkana çevirə bilər.
“Moody’s” həmçinin Orta Dəhlizi (o cümlədən TRIPP layihəsini-Zəngəzur dəhlizini) də region ölkələri üçün əlavə iqtisadi artım mənbəyi kimi qiymətləndirir. Belə ki, hazırda bu marşrut üzrə yükdaşımaların artması artıq Azərbaycan, Qazaxıstan və Gürcüstanın inkişafına töhfə verir, eyni zamanda Özbəkistan və Qırğızıstan üçün də iqtisadi faydalar yaradır. Burada xüsusilə önəmli məqam budur ki, “Moody’s” kimi mötəbər beynəlxalq reytinq agentlikləri adətən siyasi bəyanat verməkdən çox, risklərin bazar davranışına təsirini qiymətləndirirlər. Deməli, onların sülh və tranzitlə bağlı nikbin proqnozu emosional yanaşma deyil, regionda sabitlik artarsa, bunun kapital axını, logistika, sığorta xərcləri, tranzit gəlirləri və ticarət həcmi üzərində müsbət təsir göstərəcəyi qənaətinə əsaslanır. Bu baxımdan, hesabatın iqtisadi tərəfi diplomatik prosesin real sektora təsirini vurğulamaqla güclənir.
Eyni zamanda, “Moody’s” agentliyinin analitikləri hesab edirlər ki, nəqliyyat, logistika, energetika və rəqəmsal infrastruktura yatırılacaq investisiyalar Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarını şaxələndirməsinə kömək edəcək. Cənubi Qafqaz münaqişə xətti mərhələsini geridə qoyub, həm də Avrasiya nəqliyyat xəritəsində mühüm keçid zonası ola bilər. Əgər marşrutlar təhlükəsiz və dayanıqlı işləsə, Azərbaycan tranzit mərkəzi kimi mövqeyini daha da gücləndirər, Gürcüstan və Qazaxıstan kimi tərəfdaş ölkələr əlavə yük axınından faydalanar, Mərkəzi Asiya dövlətləri isə dünya bazarlarına çıxışını daha çevik şəkildə genişləndirə bilər.
Əlbəttə, bütün bunlar pozitiv proqnozlar, gələcəyə nikbin yanaşmalardır. Lakin bu proqnozların tezliklə gerçəkləşməsi üçün Ermənistan da sülh prosesini ləngitməməlidir. Burada alt qatda diqqəti çəkən siyasi xəbərdarlıq və ya mesaja diqqət yetirməliyik: iqtisadi imkanların reallaşması öz-özünə baş vermir. Bunun üçün normallaşma sadəcə kağız üzərində deyil, praktikada da irəliləməlidir. Yəni sülh prosesini ləngidən, təxribat yaradan və ya revanşist ritorikanı gücləndirən davranışlar həm regional sabitliyə, həm də potensial iqtisadi dividendlərə zərbə vurur. Bu baxımdan, Ermənistanı sülh prosesinə daha məsuliyyətli yanaşmalıdır. Çünki sülh və sabitlik varsa, ticarət və tranzit də böyüyür, genişlənir. Sabitlik yoxdursa, region risk zonası olaraq qalır. “Moody’s”in proqnozu da məhz bu sadə, amma strateji həqiqəti təsdiqləyir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Sentyabr 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri