Icma.az
close
up
RU
Ermənistanı yeni müharibəyə hazırlayırlar

Ermənistanı yeni müharibəyə hazırlayırlar

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Fransa Ermənistan ordusunu öz istehsalı olan silahlar ilə təmin etməyə başlayıb. İki il öncə Fransa və Ermənistan Müdafiə nazirlikləri arasında imzalanan müqaviləyə görə, İrəvan Fransadan bir sıra müasir silahlar və hərbi texnika almalıdır.

Artıq Ermənistana ilk CAESAR artilleriya sistemləri gətirilib. Artilleriya sistemlərinin İrəvanın Respublika meydanında mayın 28-də keçiriləcək hərbi paradda nümayiş etdiriləcəyi gözlənilir.

“Defense24.com” – da Fransa-Ermənistan hərbi əməkdaşlığı ilə bağlı geniş məqalə dərc olunub. Məqalədə qeyd olunur ki, rəsmi Parisin İrəvanla hərbi əməkdaşlığı genişləndirməsi və bu ölkəyə silah satışı Rusiyanın Ermənistanda təsir imkanlarını azaltmağa və Ermənistanı uzunmüddətli öz təhlükəsizlik tərəfdaşına çevirməyə hədəflənib.

Sözügedən informasiya agentliyi hesab edir ki, Fransa Cənubi Qafqazda möhkəmlənmək istəyir:

“Fransa hazırda Moskvanın onilliklərdir dominant mövqe tutduğu bir bölgədə mövqe tutmağa çalışır. Fransanın Ermənistana dəstəyi siyasi bəyanatlardan konkret hərbi əməkdaşlığa çevrilib.

Dağlıq Qarabağ məsələsindən sonra İrəvan Rusiyanın təhlükəsizlik zəmanətlərinin artıq kifayət olmadığını başa düşdü. Moskva formal olaraq Ermənistanda qaldı, lakin bu, Azərbaycanı çəkindirmədi.

Bu, Fransanın Ermənistanın suverenliyini və ərazi müdafiəsini dəstəkləməyə hazır olan bir tərəfdaş kimi tez bir zamanda ortaya çıxması üçün siyasi və hərbi fürsət yaratdı”.

Məlumatda eyni zamanda vurğulanır ki, Cənubi Qafqaz getdikcə daha həssas bir bölgəyə çevrilir:

“Çünki bu, birbaşa Rusiya, Türkiyə, İran və Avropanın maraqlarına təsir göstərir. Fransa da Ermənistana daha geniş ittifaq şəbəkəsi vasitəsilə baxır.

Paris Yunanıstanla yaxşı münasibətlər saxlayır və Yunanıstan da öz növbəsində Ermənistanla əlaqələrini gücləndirir. Bu vacibdir, çünki Türkiyə Azərbaycanı dəstəkləyir və Fransanın Cənubi Qafqazdakı siyasəti qaçılmaz olaraq Fransa-Türkiyə münasibətlərinə təsir göstərir".

Yaxın zamanda Fransadan Ermənistana növbəti silah-sursatın da gələcəyi gözlənilir. Fransanın Ermənistan ilə hərbi əməkdaşlığı genişləndirməkdə maraqlı olması və bu istiqamətdə addımlarını intensivləşdirməsi bir sıra suallar doğurur.

Maraqlıdır, rəsmi Parisin Ermənistana silah satmaqda məqsədi İrəvanı Azərbaycanla növbəti müharibəyə hazırlamaqdır, yoxsa Ermənistan ordusunun silah bazarını ələ almaq və hərbi mövqeyini gücləndirmək, bu ölkənin təhlükəsizliyinin zəmanətçisinə çevrilməkdir?

Nə zamansa Fransanın Ermənistanda hərbi bazasının açılması ilə bağlı məsələ gündəmə gələ bilər? Fransanın Ermənistanda möhkəmlənmək niyyəti Cənubi Qafqaz regionunda Rusiya və Türkiyənin təsir imkanlarının qarşısını almağa yönəlib? Yaxın gələcəkdə Ermənistanın Fransa ilə Rusiya arasında geosiyasi poliqona çevrilməsi ehtimalı var?

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, Fransanın Ermənistanla bağlı siyasətində addımları siyasi, hərbi və strateji məqsədlərə söykənib:

“Fransanın Ermənistana CAESAR artilleriya sistemləri satmasına dair müqavilə hələ 2024-cü ilin iyun ayında imzalanmışdı və həmin müqaviləyə görə Fransa 155 mm-lik 36 haubitsanı 15 ay ərzində təhvil verməli idi.

Həmin müqavilədə Ermənistana həmçinin 3 "Mistral" zenit-raket kompleksi, "GM2000" radiolokasiya sistemləri və 50 "Bastion" zirehli transportyorlarının verilməsi də nəzərdə tutulmuşdu. Təbii ki, burada məsələ yalnız silah tədarükü ilə məhdudlaşmır. Parisin addımları həm siyasi, həm hərbi, həm də strateji məqsədlərlə bağlıdır və regionda qüvvələr balansına təsir etməyi hədəfləyən uzunmüddətli planın tərkib hissəsidir.

Xüsusilə qeyd edim ki, rəsmi Paris bunu daha çox “Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsi” kimi təqdim edir və Ermənistanı birbaşa Azərbaycanla yeni müharibəyə hazırlamaq niyyətində olduğunu açıq şəkildə bəyan etmir. Lakin reallıq ondan ibarətdir ki, silahlanmanın artması regionda hərbi-siyasi riskləri kifayət qədər yüksəldir.

Xüsusilə də söhbət revanşist düşüncə tərzinin üstün olduğu bir toplumdan gedirsə, bu risk daha da böyüyür. Onu da nəzərə almalıyıq ki, Ermənistan təkcə Fransa silahlarını almır. Son illərdə sürətlə müxtəlif ölkələrlə də silah müqavilələri imzalayıb. Lakin şübhəsiz ki, prosesdə əsas tərəfdaş məhz Fransadır”.

Ekspert, həmçinin Fransanın Ermənistanın hərbi bazarında möhkəmlənmək niyyətinin də vacib məqamlardan biri olduğunu bildirib:

“Uzun illər Ermənistan ordusu əsasən Rusiya silahlarından asılı olub. Lakin Ukrayna müharibəsindən sonra Moskvanın imkanlarının zəifləməsi və Ermənistan-Rusiya münasibətlərində yaranan gərginlik Fransa üçün yeni imkanlar açıb.

Paris yaranmış boşluğu doldurmağa çalışır. Bu baxımdan, CAESAR sistemlərinin satışı da yalnız kommersiya layihəsi deyil, həm də Fransanın Ermənistanın təhlükəsizlik sistemində daha ciddi rol almaq istəyi ilə bağlıdır”.

R. Bayramov əlavə edib ki, Paris Cənubi Qafqazda təsir imkanlarını artırmaqda maraqlıdır: “Paris anlayır ki, Cənubi Qafqaz həm enerji marşrutları, həm də Rusiya-İran-Türkiyə balansı baxımından strateji əhəmiyyət daşıyır. Ermənistan isə regionda Qərbin təsir imkanlarının genişləndirilməsi üçün ən uyğun platforma hesab olunur.

Xüsusilə Avropa İttifaqının müşahidə missiyasının Ermənistanda yerləşdirilməsi də göstərir ki, Qərb artıq regionda yalnız diplomatik deyil, təhlükəsizlik komponenti ilə də iştirak etməyə başlayıb”.

Fransanın Ermənistanda hərbi bazasının yerləşdirilməsi ilə bağlı məsələyə gəlincə, R. Bayramov vurğulayıb ki, Fransanın Ermənistanda hərbi baza açması məsələsinə bu yaxın perspektivdə real görünmür:

"Amma bu, tamamilə mümkünsüz də deyil. Hazırkı mərhələdə bunun qarşısında bir neçə ciddi maneə var. Ermənistan ərazisində Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir və Moskva regionda başqa böyük gücün hərbi iştirakını təhlükə kimi qəbul edər.

Bundan əlavə, Fransa NATO üzvü olsa da, Cənubi Qafqazda birbaşa hərbi mövcudluq üçün kifayət qədər logistika və regional dayaq imkanlarına malik deyil. Lakin gələcəkdə Rusiya-Ermənistan münasibətləri daha da pisləşərsə və Moskvanın bölgədə təsiri tamamilə zəifləyərsə, Fransanın və ya ümumilikdə Qərbin hərbi iştirak məsələsini gündəmə gətirməsi ehtimal xaricində deyil”.

Parisin Ermənistan siyasətində geosiyasi məqamların əhəmiyyətinə toxunan R. Bayramov bildirib ki, Fransanın burada möhkəmlənmək istəyi Rusiya və qismən Türkiyənin regional təsir imkanlarının balanslaşdırılmasına hesablanıb:

“Paris xüsusilə Ankara ilə bir çox regional məsələdə rəqabət aparır və Ermənistan bu rəqabətdə Fransaya siyasi dayaq nöqtəsi verir. Digər tərəfdən, Fransa Ermənistan vasitəsilə Avropa üçün alternativ geosiyasi təsir xətti qurmağa çalışır. Ən riskli məqam isə Ermənistanın böyük güclərin geosiyasi rəqabət meydanına çevrilməsi ehtimalıdır.

Əgər İrəvan bir tərəfdən Rusiyadan uzaqlaşır, digər tərəfdən isə Qərbin təhlükəsizlik orbitinə sürətlə daxil olursa, bu halda Ermənistan faktiki olaraq Rusiya-Qərb qarşıdurmasının regional poliqonuna çevrilə bilər. Belə vəziyyət isə Cənubi Qafqazda yeni təhlükəsizlik riskləri yaradar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 May 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri