Icma.az
close
up
RU
Moskva narahatdır: Ermənistanı Rusiyaya qarşı döyüşə hazırlayırlar

Moskva narahatdır: Ermənistanı Rusiyaya qarşı döyüşə hazırlayırlar

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı üzvlüyünü dondurması fonunda sizə xatırladım ki, Nikol Vovayeviç Paşinyanın sözlərinə görə, KTMT Ermənistandan çıxıb.İndi onlar, nədənsə, yəni bu strukturdan çıxmalarşna baxmayaraq, sonradan onu dondurmağa başlayıblar”. 

“Cebheinfo.az”-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova NATO-nun Ermənistanda keçirılən “Qartal Tərəfdaşlığı 2026” təlimlərinə münasibət bildirərkən belə deyib. Mariya Zaxarova bunu “mürəkkəb məntiq” adlandırıb.

“Bu mərhələdə onlar KTMT-dəki üzvlüyünü dondurduqlarını deyirlər. NATO ölkələri ilə bu cür birgə manevrlər yalnız təəssüf doğurur.

Xüsusi narahatlıq doğuran məqam odur ki, Ermənistanda bu təlim proqramlarının tətbiqi həqiqətən sistemli xarakter alır. Xatırlatmaq üçün qeyd edək ki, təlimlər 2023-cü ildən bəri hər il keçirilir. Təlimlərdə heç bir sülhməramlı məqsəd elan edilməyib. NATO-nun əsas məqsədi göz qabağındadır. Ən təəccüblüsü odur ki, NATO bunu gizlətməyə belə çalışmır. Bu, respublikanın ənənəvi müttəfiqi Rusiyadan davamlı olaraq ayrılmasından ibarətdir. Bu tip təlimlər zamanı potensial düşmən kimi mövqe tutan ölkəmizin olması heç kimə sirr deyil. Bu, NATO-nun doktrinal sənədlərindən götürülmüş bir ifadədir. Yəni erməni əsgərləri Rusiyaya qarşı döyüşmək üçün təlim keçəcəklər”:-deyə Zaxarova əlavə edib. 

Qeyd edək ki, Ermənistanda iyunun 7-də keçirilmiş parlament seçkilərindən əvvəl daha çox Avrasiya İqtisadi İttifaqı platformasında Rusiya ilə fikir ayrılığı daha çox özünü göstərirdisə, indi bu qarşıdurma KTMT müstəvisinə keçib. Lakin Aİİ daxilində Moskva və İrəvan arasında ziddiyyətlər hələ davam edir. Ermənistanın Baş naziri Nikol Paşinyan Aİİ-də yaranmış mübahisələri həll etmək üçün Rusiyaya səfər edəcəyini bildirsə də, Mariya Zaxarovanın açıqlaması tərəflər arasında gərginliyin tezliklə aradan qalxmayacağını deməyə əsas verir.

Çünki Kreml Ermənistanı Rusiyaya qarşı Ukraynada müharibə apaaran NATO və Avropa İttifaqı ilə əməkdaşlıqda ittiham edir. Xüsusilə, son günlər Qərbin dəstəklədiyi Ukraynanın Moskvanı alova bürüyən hücumları fonunda Ermənistanda NATO-nun hərbi təlimlər keçirməsi Rusiyanın daha sərt bəyanatlar verməsinə səbəb olub. Ermənistan KTMT üzvü olmasına baxmayaraq, Rusiyanın düşmən hesab etdiyi alyansla tərəfdaşlıq qurmağa və balanslaşdırılmış xarici siyasətə üstünlük verir. Bu da öz növbəsində, Cənubi Qafqazda geosiyasi qüvvələr nisbətini Rusiyanın əleyhinə dəyişir. Ona görə də seçkilərdə Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilməyən Moskva indi onun daha sərt addımlar atacağından və KTMT-dən çıxacağından narahatdır. 

Qeyd edək ki, KTMT Nizamnaməsinin 7-ci maddəsinə görə, üzv ölkə təşkilata daxil olan digər dövlətlərin razılığı olmadan öz ərazisində başqa dövlətin silahlı qüvvələrini yerləşdirə bilməz. Ermənistan isə son illər faktiki olaraq, bu tələblərə əməl etmir. Rusiyanın etirazları isə ilk növbədə, bununlıa bağlıdır.

Digər tərəfdən, Ermənistan KTMT üzvü olduğu halda Avropa İttifaqı üzvlüyünə namizədlik statusu qazana bilməz. Ona görə də Paşinyan hökumətinin KTMT-dən çıxmaq istiqamətində prosesi sürətləndirəcəyi ehtimal edilir. Lakin son seçkilərdə Nikol Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının konstitusion çoxluğu əldə edə bilməməsi ona ciddi hüquqi problemlər yaradıb. Belə ki, Ermənistan hakimiyyəti Avropa İttifaqına üzvlük məsələsini konstitusiya layihəsinə daxil etmək üçün lazım olan səsləri toplaya bilməyəcək və müxalifətin ciddi müqaviməti ilə qarşılaşacaq. Bu halda Ermənistanın KTMT-dən çıxması dalana dirənə bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 İyun 2026 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri