Ermənistanın Aİyə daxil olubolmayacağı araşdırılır: Erməni arzusu reallaşacaq?
Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Avropa Komissiyası Ermənistanın ölkənin Avropa İttifaqına (Aİ) qoşulması prosesinə başlamaq üçün qanunvericilik təşəbbüsünü öyrənəcək və onu İrəvanla da müzakirə edəcək.
Publika.az xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Avropa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anitta Hipper deyib.
“Biz qanun layihəsini təhlil edəcəyik və onu Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyik”, - Hipper deyib.
Qeyd edək ki, yanvarın 9-da Ermənistanın Nazirlər Kabineti respublikanın Avropa İttifaqına üzvlüyünə başlamaq təşəbbüsünü dəstəkləyib. İndi təklif ölkə Milli Assambleyasının aparatına veriləcək. Respublikanın baş naziri Nikol Paşinyan iclasda bildirib ki, Ermənistan Aİ-yə daxil olması ilə bağlı qərar yalnız ümumxalq səsverməsi yolu ilə verilə bilər.
Xatırladaq ki, bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistana Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağın nəticələri ilə bağlı xəbərdarlıq edib. O qeyd edib ki, ölkədə ərzaq və elektrik enerjisi bahalaşacaq, ixrac azalacaq.
Adəm Abbaslı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 11 Yanvar 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















