Ermənistanın Azərbaycandan enerji asılılığı formalaşır Natiq Cəfərli
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, bu gündən Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılır. Belə ki, SOCAR-ın istehsal etdiyi Aİ-95 markalı benzinlə yüklənmiş 22 vaqon bu gün yola salınacaq.
Mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, Ermənistanla Azərbaycan arasında iqtisadi münasibətlərdə ən rahat, ən asan və tez həyata keçirilə biləcək məsələ enerji daşıyıcılarının ticarəti və tranzit keçidləridir:
“Azərbaycan üzərindən tranzit keçidləri artıq baş tutub. Taxılın Qazaxıstan və Rusiyadan Ermənistana çatdırılması baş tutdu. İndi isə neft məhsullarının satışı həyata keçirilir. Bundan sonra Ermənistana təbii qaz da satışı çox güman ki, baş tutacaq. Çünki artıq infrastruktur mövcuddur. Bu, ümumi sülh prosesinin möhkəmlənməsinə, kommunikasiyaların açılmasına, iqtisadi münasibətlərin yaranmasına müsbət təsir göstərir. Bundan başqa, Ermənistanın Azərbaycandan enerji məsələlərində müəyyən asılılıqları da yaranır ki, bu da Azərbaycan üçün çox yaxşı gedişatdır”.
Lalə Novruz, BakuPost
Bu mövzuda digər xəbərlər:Ölkənin neft gəlirlərindən asılılığı yüksəkdir Natiq Cəfərli
06 Oktyabr 2025 16:29
Natiq Cəfərli: Ermənistanın Avropa Birliyinə qəbul olunması mümkün deyil
24 İyun 2025 13:13
Azərbaycandan Suriyaya qaz nəqli maraqlı perspektivləri olan layihədir Natiq Cəfərli
01 Avqust 2025 21:30
Danelyan: “Ermənistanın Azərbaycandan asılılığı daha da artıb”
11 İyun 2025 12:52
“Rəsmən dolayıblar insanları” − Natiq Cəfərli
25 Noyabr 2025 21:36
Baxış sayı:94
Bu xəbər 18 Dekabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















