Icma.az
close
up
RU
Azərbaycandan Suriyaya qaz nəqli maraqlı perspektivləri olan layihədir Natiq Cəfərli

Azərbaycandan Suriyaya qaz nəqli maraqlı perspektivləri olan layihədir Natiq Cəfərli

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, Azərbaycan qazı sabahdan başlayaraq Suriyaya nəql ediləcək. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Bakı ilə imzalanmış SVOP razılaşmasına əsasən Azərbaycandan ixrac olunan qaz Kilis üzərindən Suriyaya, Dəməşqə nəql olunacaq.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanın Suriyaya böyük həcmdə qaz verməsi mümkün deyil, amma bu anlaşma çox böyük simvolik siyasi-iqtisadi əhəmiyyətə malikdir:

“Əsasən də Türkiyə ilə birgə Azərbaycan Suriyadakı indiki hakimiyyəti dəstəkləyirlər. Çünki bundan öncəki Əsəd rejimi həm Türkiyə, həm Azərbaycanla münasibətdə kifayət qədər kəskin mövqe tuturdu. Ona görə də burada əsas söhbət siyasi dəstəkdən gedir. Əgər söhbət həmin boru xətlərinin gələcəkdə uzadılaraq İsrailə qədər çatmasından gedirsə, - hansı ki, SOCAR həm də İsraildə qaz neft yataqlarında müəyyən pay alıb, - gələcəkdə oradan çıxan qazın bir hissəsinin də revers üsulu ilə İsraildə çıxarılan qazı həmin boru xətləriylə Türkiyənin TANAP və TAP layihəsi vasitəsilə Avropaya da çatdırılması mümkündür".

İqtisadçı qeyd etdi ki, Suriyaya qaz nəqli, həddindən artıq gözəl və maraqlı perspektivləri olan bir layihədir.

"Amma həcm olaraq çox böyük deyil. Bizim qaz əsasən, Suriyanın şimal hissəsində elektrik enerjisinin alınması üçün elektrik stansiyalarında istifadə olunacaq”,- deyə N.Cəfərli vurğuladı.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Avqust 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see172

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see120

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri