Icma.az
close
up
RU
Ermənistanın ən qapalı həbsxanasında nə baş verir?

Ermənistanın ən qapalı həbsxanasında nə baş verir?

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) zirzəmisi kimi tanınan "Yerevan-Kentr" (Yerevan-Mərkəz) həbsxanasında çox məhdud sayda məhbus saxlanılır. Buranı Ermənistanın ən qapalı həbsxanası da adlandırırlar

"AzPolitika" xəbər verir ki, "Hraparak" nəşri bu həbsxanada baş verənlər barədə yazıb.

Nəşr bildirir ki, müəssisədə cəmi 13 kamera var; bunlardan 5-i birnəfərlik, qalanları isə maksimum 5 nəfərlik kameralardır. Nairi Hunanyan və qardaşı 27 ildir ki, burada birnəfərlik kameralarda saxlanılırlar, yəni iki kamera daimi olaraq məşğuldur. Qalan birnəfərlik kameralarda isə hazırda Qaqik Tsarukyan, Robert Koçaryan və Qaqik Beqlaryan saxlanılır.

Məlum olub ki, Koçaryanın həbsindən əvvəl MTX-nin zirzəmisində yer boşaldılıb. Demək olar ki, adi cinayətkarlar siyasi məhbuslara yer açmaq məqsədilə digər cəzaçəkmə müəssisələrinə köçürülürüblər. Lakin MTX-nin həbsxanasında adi cinayətkar olmur. Burada ya çox ağır ittihamlarla mühakimə olunanlar, ya da kriminal submədəniyyət daxilində problemləri olan və digər cəzaçəkmə müəssisələrində həyatı təhlükə altına düşənlər saxlanılır.

Mənbələr iddia edir ki, Koçaryan və oğlu MTX-nin zirzəmisinə gətirilməzdən əvvəl, demək olar ki, hər kamerada yer açmaq üçün bir nəfər digər həbsxanalara köçürülüb. Bizə bildirildi ki, keçən həftənin sonunda "Yerevan-Kentr" cəzaçəkmə müəssisəsindən daha bir nəfər başqa müəssisəyə transfer edilib. Bu da o deməkdir ki, yeni yer boşaldılıb.

Nəşr yazır ki, bunun Ermənistan hakimiyyətin yeni həbslərə hazırlaşdığı mənasına gəlib-gəlmədiyini demək çətindir. Saxlanılanlara qarşı hansı ittihamların irəli sürüləcəyi də hələlik məlum deyil, lakin həbsxana ətrafında baş verənlərin özü növbəti siyasi həbslərin olacağının anonsu kimi qəbul edilir.

Xatırladaq ki, keçmiş baş nazir və keçmiş parlament sədri Hovik Abrahamyanın oğlu Arqam Abrahamyan, keçmiş prezident Robert Koçaryanın böyük oğlu Sedrak Koçaryan və Ermənistanın tanınmış siyasətçisi, politoloq və keçmiş deputat Andranik Tevanyan da hazırda "Yerevan-Kentr" cəzaçəkmə müəssisəsində saxlanılırlar, lakin onlar ümumi kameralardadırlar.

E. Səlimov

AzPolitika.info


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 Sentyabr 2026 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri