Icma.az
close
up
RU
Politoloq: Ermənistanın QHT ləri ilə qapalı görüşlər təbiidir

Politoloq: Ermənistanın QHT ləri ilə qapalı görüşlər təbiidir

Icma.az, Sherg.az saytına istinadən bildirir.

 Əgər parlament seçkilərində Paşinyan məğlub olsa, sülh prosesi dayanacaq

 

Fərhad Məmmədov: “Vətəndaş cəmiyyəti sülh prosesində daha aktiv olacaq. Sülh sazişi paraflanıb, amma ratifikasiya seçkilərə bağlıdır”

 

Noyabrın 21-22-də Bakıda səfərdə olmuş Ermənistan vətəndaş cəmiyyətinin nümayəndəsi Samvel Meliksetyan deyib ki, qan tökülməsinin qarşısını almaq üçün Azərbaycan və Ermənistan arasında qarşılıqlı səfərlər davam etməlidir. Ekspert belə səfərlərin Ermənistanda “vətənə xəyanət” kimi qiymətləndirilməsinin anlaşılmaz olduğunu bildirib: “Deyirlər ki, Bakıya necə gedə bilərsən, qan tökülüb? Məhz buna görə belə səfərlər olmalıdır ki, artıq qan tökülməsin, buna əmin olmasaydım getməzdim”. Meliksetyanın fikrincə, Azərbaycan və Ermənistan cəmiyyət və medialararası əlaqələrin aktivləşməsində maraqlıdır: “İndi Ermənistan və Azərbaycan daha cəsarətli addımlarla irəliləyə bilər. Zənnimcə, Azərbaycan gələn il Ermənistanda keçiriləcək parlament seçkilərini gözləyir. Onlar anlamaq istəyirlər ki, seçkilərdən sonra hansı Ermənistanla qarşılaşacaqlar, bəlkə də, sülh sazişinin imzalanmasının gecikməsi həm də bununla bağlıdır”. Erməni ekspert Qərbi Azərbaycandan olan soydaşlarımızla bağlı məsələyə də diqqət çəkib: “Bakıdakı təmaslar zamanı anladıq ki, orada vaxtilə Ermənistanda (Qərbi Azərbaycan) yaşamış və indi bura üçün həsrət çəkən çoxlu insanlar var”. Ermənistan vətəndaş cəmiyyətinin nümayəndəsi iki ölkə arasında qarşılıqlı təmasların davam edəcəyini açıqlayıb. Xatırladaq ki, noyabrın 21-22-də Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycanın paytaxtında olub. Bu, 21-22 oktyabr tarixlərində Azərbaycan nümayəndə heyətinin İrəvana səfərinə cavab olaraq həyata keçirilib.

Ermənistan parlamentinin sədri Alen Simonyan da əlverişli anda Bakıya səfər etməyə hazır olduğunu bildirib. O, bunu jurnalistlərə açıqlamasında deyib. Simonyan azərbaycanlı həmkarı Sahibə Qafarovanı İrəvana dəvət etməyə də hazırlaşdığını, Azərbaycana səfərlə bağlı təklif olacağı təqdirdə, onu nəzərdən keçirə biləcəyini qeyd edib.

Görüşün iştirakçısı, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov Sherg.az-a açıqlamasında deyib ki, sülh prosesi ona görə lazımdır ki, münaqişə təkrarlanmasın və yenidən itkilər verməyək. Ekspert ilk görüşlərin qapalı keçirilməsinə də aydınlıq gətirib:

"Bu görüşlər ona görə qapalı keçirilir ki, orada gələcək planlar müzakirə edilir. Olduqca çətin mövzular müzakirə predmeti olur. Ermənistanla Azərbaycan arasında baş vermiş münaqişədə 30 il davam edən işğal faktı olub, müharibələrdə minlərlə insan həyatını itirib, milyona yaxın insan qaçqın düşüb. Hazırda həllini gözləyən bir çox məsələlər var. Digər tərəfdən, sülh prosesində bizim üçün plan hazırlayan, bizi məcburi şəkildə barışdıran hansısa kənar vasitəçi yoxdur. Vaxtı ilə sovet ittifaqı daxilində azərbaycanlılarla erməniləri məcburi şəkildə barışdırmışdılar. 70 ildən sonra münaqişə yenidən təkrarlandı. İndiki proseslərə nəzər yetirdikdə görürük ki, hər iki cəmiyyət son dönəmdə baş verənlərdən agahdır. Azərbaycan ictimaiyyəti də prosesin hansı mübarizələr, çətinliklər, fədakarlıqlar nəticəsində indiki məqama çatdırıldığının fərqindədir. Biz müharibəni öz sərhədlərimiz daxilində apardıq, torpaqlarımızı işğaldan azad etdik, ərazi bütövlüyümüzü təmin etdik. Bunu həm Ermənistana, həm də onun havadarlarına qəbul etdirdik. Hazırda Ermənistanda hakimiyyətdə elə bir siyasi qüvvə var ki, məcburi şəkildə Azərbaycanın ərazi bütövlüyünü və sülh gündəliyini qəbul edib. İndi bunu təsdiq etməyin zamanıdır. Sülh sazişi sənədi paraflanıb, amma ratifikasiya olunmayıb. Referendum keçirilməyib, amma söz verilib. Əgər parlament seçkilərində Paşinyan məğlub olsa, sülh prosesi dayanacaq. Vətəndaş cəmiyyətinin nümayəndələri kimi hazırkı şərtlərdə nəyi edə biliriksə, onu edir, onun müzakirəsini aparırıq".

F.Məmmədov qeyd edib ki, 6 ay ərzində o qədər genişmiqyaslı olmayan açıq fəaliyyətə keçmək qərara alınıb:

"Həm ekspertlər səviyyəsində tədbirlərin keçirilməsi, həm də media qurumları arasında əlaqələrin qurulması nəzərdə tutulur. Əsas məsələ vətəndaş cəmiyyəti nümayəndələrinin prosesə geniş şəkildə dəvət edilməsidir. Bu bir təşəbbüsdür və dövlət qurumları da dəstək verirlər. Hər iki ölkədə yüksək səviyyəli məmurlar, birbaşa danışıqlarda yer alan şəxslər vətəndaş cəmiyyətləri arasında təşkil olunmuş görüşlərdə iştirak edirlər, onları maraqlandıran suallara açıq cavablar verirlər. Prosesin cəmiyyət istiqamətində həyata keçirilməsi üçün bu, çox vacibdir. Anlayırıq ki, cəmiyyətlər tərəfindən gözləntilər fərqlidir. Ermənistanda şərti desək, 50 faiz sülh prosesini müsbət qarşılayır. Təxminən Azərbaycanda da vəziyyət eynidir. Şərhlərə, fikirlərə baxanda bunu görmək olur. Amma məsələ ondadır ki, Ermənistanda birbaşa sülhə qarşı çıxanlar, spekulyasiya edənlər, hökumət əleyhinə olanlar var. Azərbaycanda isə Ermənistana etimadsızlıq var. İstəsək də, istəməsək də, münasibətləri hər hansı formaya salmalıyıq. Əlbəttə, burada söhbət qardaşlıqdan, qucaqlaşmaqdan getmir. Lakin ümumi normallıq yaranmalıdır. Cəmiyyətin fərqli tərəfləri də münasibət bildirməlidir. Nəzərə alınmalıdır ki, Bakıda yaşayan bir sakinlə, vaxtı ilə təmas xətti sayılan Tərtərdə yaşayan vətəndaşımızın müharibə faktoruna yanaşması eyni deyil. Bizim qrupun işi 6 ay ərzində ən azı birgə fəaliyyəti təmin etmək, cəmiyyətin mövqeyini öyrənməkdir. İctimaiyyətdə hansı istiqamətdə problemlərin, sualların, gözləntilərin olduğuna aydınlıq gətirməkdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Noyabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri