Icma.az
close
up
RU
Статья не опубликована
Ermənistanın əsas narahatlığı Qərbi Azərbaycan hərəkatı ilə bağlıdır Şəhla Cəlilzadə

Ermənistanın əsas narahatlığı Qərbi Azərbaycan hərəkatı ilə bağlıdır Şəhla Cəlilzadə

Icma.az, Aznews.az saytına istinadən bildirir.

“ATƏT-in Minsk Qrupu 1992-ci ildə yarandığı gündən etibarən sülh prosesində heç bir uğura nail ola bilməyən və hazırda tamamilə fəaliyyətsiz və faydasız bir qurumdur. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi, xüsusilə 2023-cü ildə keçirilən antiterror əməliyyatı ilə Qarabağdakı qondarma rejimin mövcudluğuna və dolayısı ilə münaqişəyə son qoyması bu qurumun varlığını sual altına salıb. Əgər Azərbaycan münaqişəni həll edib, Ermənistan Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıyırsa və sülh sazişi mətni tam razılaşdırılıbsa, Minsk Qrupunun mövcudluğu artıq əhəmiyyətini itirib. Lakin hüquqi baxımdan onun ləğvi üçün həm Azərbaycan, həm də Ermənistanın birgə rəsmi müraciət etməsi tələb olunur. Bununla yanaşı, həmsədr dövlətlərin mövqeyi də bu qərarın verilməsində mühüm rol oynaya bilər. Azərbaycanın israrlı tələblərindən sonra Ermənistan məsələni parlamentdə müzakirəyə çıxarmaq qərarı verib və tezliklə bununla bağlı qərar qəbul ediləcək”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupu çərçivəsində işin bərpası mümkün deyil. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, son zamanlar Rusiya ilə ABŞ arasında təmasların bərpa olunmasının Minsk qrupu mövzusu ilə heç bir əlaqəsi yoxdur. Zaxarova Rusiyanın ATƏT-in Minsk Qrupu ilə bağlı mövqeyinin dəyişməz olduğunu söyləyib. O, Minsk Qrupunun amerikalı və fransalı həmsədrlərini 2022-ci ilin fevralından sonra rusiyalı həmsədrlə əməkdaşlığı dayandırdıqlarını, Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığını, 2023-cü ilin sentyabrında yerdə vəziyyətin köklü şəkildə dəyişdiyini xatırladıb. Zaxarova qeyd edib ki, bütün bunlardan sonra ATƏT-in Minsk Qrupu öz aktuallığını itirib: "İki həmsədr qrupda fəaliyyətini dayandırandan, yuxarıda sadaladığım faktorlardan sonra hansı Minsk Qrupundan söhbət gedə bilər?!"

Siyasi şərhçi bildirib ki, Ermənistanın əsas narahatlığı “Qərbi Azərbaycan” hərəkatı ilə bağlıdır.

“Rəsmi İrəvan münaqişənin öz ərazisinə keçməyəcəyinə dair təhlükəsizlik təminatı almaq istəyir. Azərbaycan belə bir təminat versə, Ermənistanın bu qərarı qəbul etməsi daha da asanlaşa bilər. Həmsədrlərin mövqeyinə gəldikdə, rəsmi açıqlamalar göstərir ki, Rusiya Minsk Qrupunun ləğvinə mane olmayacaq. Əksinə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlamaları Ermənistan hakimiyyətini bu istiqamətdə qərar qəbul etməyə təşviq edən məzmundadır. Lakin Qərbin bu məsələyə yanaşması diqqətlə təhlil olunmalıdır. Xüsusilə Ermənistanda revanşist qüvvələrin dəstəklənməsi, onun silahlandırılması və digər amillər münaqişənin uzanmasına hesablanmış siyasətin tərkib hissəsi kimi görünə bilər. Bununla yanaşı, Ermənistanın daşnak ideologiyasını dəstəkləyən siyasi qüvvələrinin hələ də güclü mövqe saxlaması prosesi çətinləşdirə bilər. 26 fevral 2025-ci ildə Daşnaksütyun Partiyasının konqresində səsləndirilən bəyanatlar və revanşist qüvvələrin Ermənistan parlamentində mühüm yer tutması göstərir ki, Minsk Qrupunun ləğvi tez bir zamanda baş verməyə bilər. 2026-cı ildə keçiriləcək parlament seçkilərində Paşinyanın siyasətinə sadiq qüvvələr üstünlük qazansa, bundan sonra həm konstitusiya dəyişikliyi, həm də Minsk Qrupunun ləğvi reallaşa bilər. Hazırda isə Ermənistan vaxt qazanmağa çalışır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:29
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 31 Mart 2025 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see190

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see185

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see175

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see156

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see154

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see140

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see128

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see125

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see122

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri