Icma.az
close
up
RU
Статья не опубликована
İsrail hələ də Suriyada irəliləməkdə maraqlıdır Şəhla Cəlilzadə

İsrail hələ də Suriyada irəliləməkdə maraqlıdır Şəhla Cəlilzadə

Icma.az, Aznews.az portalına istinadən məlumat yayır.

“Suriya ssenarisi dedikdə, 2011-ci ildən bəri (14 ildir) davam edən müharibə və xaos ağla gəlir. Bunun yaranma səbəbləri arasında keçmiş Suriya Prezidenti Bəşər Əsədin regional dinamikanı doğru dəyərləndirməməsi və Türkiyənin çağırışlarına cavab verməməsi dayanır. Halbuki, 2009-cu ildə Türkiyə dövlət rəsmiləri Əsədi xoş bir şəkildə qarşılamış, iki ölkə arasında münasibətlərin yeni bir inkişaf mərhələsinə keçdiyi müşahidə olunmuşdu. Lakin bunun davamı gəlmədi. Əsəd öz israrı və yanlış qərarları ilə ölkəsini müharibəyə və xaosa sürüklədi. Hazırda isə o, iqtidarını itirmiş, ölkəsi parçalanmaq təhlükəsi ilə üz-üzədir. Belə ki, Suriyadan 1967-ci ildə Qolan təpələrini işğal edən İsrail, hələ də Suriya torpaqlarında irəliləməkdə maraqlıdır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Qeyd edək ki, Suriyada təhlükəsizlik qüvvələri ilə devrilmiş lider Bəşər Əsəd tərəfdarları (ələvilər) arasında toqquşmalar davam edir. Bu qarşıdurmaların aktivləşməsi Ermənistanda narahatlığa səbəb olub. Belə ki, erməni ekspertlər Ermənistanda Suriya ssenarisinin təkrarlanması ehtimalı barədə açıqlamalar səsləndirirlər.

Siyasi şərhçi bildirib ki, bunun üçün lazım gələrsə, burada milli birliyin formalaşmasını əngəlləyəcək hər cür qətliam ssenariləri də yazıla bilər.

“İsrail Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri bu yaxınlarda Suriyanın tamamilə İsrailin nəzarətində olmalı olduğunu və onun vahid ordusunun, hərbi qüvvələrinin formalaşmamalı olduğunu bildirmişdi. Həmçinin o, İsrailin gələcəkdə Kürdistana (yəni Suriya ərazisində yaradılması planlaşdırılan Kürdistana) çatacağından bəhs edib. Bu fonda artıq 3 aydır böyük ölçüdə savaşın səngidiyi və HTŞ liderliyində keçid hökumətinin qurulduğu Suriyada hadisələrin yenidən alovlandırıldığı müşahidə olunur. Suriyada dini-etnik azlıqlar, o cümlədən xristian ərəblər (druzilər), kürdlər və ələvilər arasında çox sayda mülki insanın öldürülməsi ilə nəticələnən son hadisələr bir daha göstərir ki, proseslər məhz milli birliyin formalaşdırılmasının qarşısını almağa yönəlib. Təsadüfi deyil ki, İordaniya, İraq, Livan və Türkiyə kimi, regionda birbaşa təhlükəsizlik maraqları olan ölkələr İsrailin Suriyanın daxili işlərinə müdaxilə etməsini pisləyib. Cənubi Qafqaz regionuna gəlincə, burada destruktiv və işğalçı faktor olaraq daima Ermənistan çıxış edib. Ermənistanın hazırda regional dinamikanı doğru dəyərləndirməməsi, müəyyən normallaşma göstəriciləri ilə yanaşı Azərbaycanın və Türkiyənin sülh çağırışlarına tam olaraq cavab verməməsi isə onu çıxılmaz bir xaosun içərisinə sala bilər. Biz burada iki ssenarini görə bilərik: “Ukrayna ssenarisi” və ya “Suriya ssenarisi”. Belə ki, Qərbin verdiyi ümidlərlə (kiçik ölçüdə hərbi-silah dəstəyi, böyük ölçüdə ritorik-siyasi dəstəyə arxalanaraq) regional sülh gündəliyindən uzaqlaşmaq və Qərblə hərbi-siyasi inteqrasiya meyilləri Ermənistanı Rusiya ilə baş-başa qoya bilər. Bunu, xüsusilə Rusiyanın Ukraynadakı irəliləməsi fonunda özünə real təhdid olaraq qiymətləndirən Ermənistan, hazırda Rusiya ilə münasibətləri normallaşdırmağa çalışır”.

Siyasi şərhçi sonda vurğulayıb ki, Paşinyanın balanslı siyasət yürütməsi onun “Ukrayna ssenarisi”ndən qaçmasına imkan verə bilər:

“Lakin, uzun perspektivdə bu siyasət regional sabitliyin təmin olunması üçün nəticə verməyə bilər. Çünki Rusiyanın da dəstəyi ilə Paşinyan hakimiyyətinə qarşı çıxan revanşist qüvvələrin aktivləşərək ölkəni daxili savaşa sürükləməsi ehtimalı da vardır. Bu isə, Ermənistanda “Suriya ssenarisi”nin reallaşması deməkdir. Bütün bu xaos və fəlakət ssenarilərindən qaçmaq üçün Ermənistanın yeganə çıxış yolu – Azərbaycan və Türkiyə ilə sülh və normallaşma prosesinə bağlı qalmaqdır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 10 Mart 2025 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see297

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see194

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see187

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see181

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see181

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see157

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see138

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see131

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see128

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri