“Ermənistanın hazırkı siyasəti region üçün riskli və qeyri sabitdir”
Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Ermənistanda seçki öncəsi vəziyyət açıq şəkildə gərgin və qeyri-sabitdir. Rusiya, bir çox hallarda olduğu kimi, Ermənistanın daxili siyasətinə açıq şəkildə müdaxilə etməyə çalışa bilər. Bu, pro-Rusiya qüvvələrini ön plana çıxarmaq, media və informasiya axınını yönləndirmək və bəzi hallarda iqtisadi təzyiq vasitələrindən istifadə etməklə həyata keçirilə bilər. Amma Rusiya da regiondakı balansı pozaraq açıq təzyiq göstərməyə çalışsa, bunun siyasi və diplomatik nəticələri Ermənistan üçün ağır ola bilər”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.
T.İsmayılov qeyd edib ki, Paşinyan isə seçki öncəsi daxili siyasətini kifayət qədər qeyri-sabit idarə edir: “Debata çıxmamaq, keçmiş prezidentlər və müxalifətlə açıq müzakirələrdən qaçmaq, eyni zamanda, Rusiya vətəndaşlarının telefonlarının dinlənməsi iddiaları – bütün bunlar Ermənistanın demokratik institutlarının zəifliyini və Paşinyanın şəxsi siyasi mövqeyini qorumağa çalışmasını göstərir. O, həm də sülh prosesində formal addımlar atmaqla öz hakimiyyətini möhkəmlətməyə çalışır, amma bu, uzunmüddətli sabitlik üçün kifayət deyil”.
O eləcə də bildirib ki, bu kontekstdə həm Rusiya, həm də Ermənistanın hazırkı siyasəti region üçün riskli və qeyri-sabitdir: “Moskvanın açıq və ya gizli müdaxilələri Ermənistanın suverenliyini sarsıda bilər, Paşinyanın addımları isə daxili siyasi qarşıdurmaları artırır. Azərbaycan baxımından bu vəziyyət açıq şəkildə göstərir ki, sülh prosesində etimad yalnız rəsmi sənədlər və onların icrası ilə ölçülməlidir, mediada yayılan iddialar və jestlər yox”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 04 Dekabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















