Icma.az
close
up
RU
Ermənistanın silah bazarını böyütməsi region üçün təhlükədir?

Ermənistanın silah bazarını böyütməsi region üçün təhlükədir?

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin silah tədarükü imkanlarının genişləndiyini açıqlayıb. Onun sözlərinə görə, əvvəllər Ermənistan üçün silah bazarları həm coğrafi, həm də maliyyə baxımından məhdud idi. Lakin artıq bu məhdudiyyətlər aradan qaldırılıb və heç bir ölkə Ermənistanla hərbi-texniki əməkdaşlıqdan çəkinmir, çünki bu silahların qeyri-legitim məqsədlər üçün istifadə olunacağından narahatlıq yoxdur. Bəs Ermənistanın silah bazarını böyütməsi region üçün təhlükə hesab oluna bilər?

Hərbi ekspert Ədalət Verdiyev Metbuat.az-a açıqlamasında bildirib ki, Ermənistan 2025-ci ilə qədər müxtəlif silahların alınması ilə bağlı müqavilələr imzalayıb və onların bir qismini də əldə edib.

Onun sözlərinə görə, sonradan güc balansını bərpa etmək niyyətlərinin Ermənistan üçün ciddi təhlükələr yarada biləcəyini anlayan rəsmi İrəvan bu prosesdən qismən kənarda qalmağa çalışıb:

"Ermənistanın baş naziri son bəyanatlarında açıq şəkildə bildirib ki, Azərbaycan ordusu ilə Ermənistan ordusunu müqayisə etmək mümkün deyil. Azərbaycan həm hərbi-texniki sahədə kifayət qədər üstün mövqedədir, həm də dünya silah bazarının əsas oyunçularından olan bir çox ölkələrlə dostluq, tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinə malikdir. Bu səbəbdən Ermənistanın silahlanma yarışına qoşulması real görünmür. Azərbaycanın hərbi büdcəsi artıq 8,7 milyard manata çatdığı halda, Ermənistanın dövlət büdcəsi bununla müqayisə oluna bilməz".

Ə.Verdiyev qeyd edib ki, hazırda Ermənistanın silahlanması Azərbaycanın təhlükəsizliyi üçün ciddi risk yaratmır:

"Əsas təhlükə, dövlət televiziyası səviyyəsində Azərbaycana qarşı aparılan nifrət təbliğatıdır. Buna görə də biz ordumuzun döyüş qabiliyyətini və təchizatını yüksək səviyyədə saxlayır, silah arsenalımızı, aviasiya parkımızı və dəniz donanmamızı yeniləyir və istənilən təhdidə cavab verməyə daim hazır vəziyyətdə oluruq".

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Sentyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri