Icma.az
close
up
RU
Ermənistanın KTMT dən çıxması Rusiyanın nüfuzuna ciddi zərbədir TƏHLIL!

Ermənistanın KTMT dən çıxması Rusiyanın nüfuzuna ciddi zərbədir TƏHLIL!

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya səfər əsnasında keçirilən brifinqdə ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə olan münasibətinə aydınlıq gətirib. Paşinyan açıq şəkildə bildirib ki, Ermənistan KTMT-dəki fəaliyyətini bərpa etməyəcək:

“Biz daim eyni nöqtəyə baxmamalı, müzakirə edib ölçüb-biçməməliyik. Biz hər şeyi yaxşıca düşünmüşük və müəyyən nəticələrə gəlmişik. Dünən bu nəticələri qarşılıqlı hörmət şəraitində bölüşdük”.

Xatırladaq ki, Ermənistan KTMT üzvü olsa da, 44 günlük müharibədən sonra açıq-aşkar bu qurum və eləcə də Rusiyanın ünvanına dəfələrlə sərt tənqidlər səsləndirib, təmsil olunduğu hərbi blokla bağlı gözləntilərinin özünün doğrultmadığını qeyd edib. Bu gün isə Paşinyanın Moskvada verdiyi brifinq Ermənistanla KTMT arasındakı yolların həmişəlik ayrıldığını göstərir.

Şübhəsiz, məhdud hərbi imkanlara malik olan və öz təhlükəsizliyini, sərhədlərinin mühafizəsini belə təkbaşına təmin edə bilməyən Ermənistanın KTMT-dən çıxması bu qurum üçün hərbi baxımdan ciddi itki sayıla bilməz. Lakin Paşinyanın məlum addımının KTMT, xüsusilə də bu qurumun qurucusu və lideri sayılan Rusiyanın siyasi nüfuzu baxımından təsirsiz ötüşməyəcəyi birmənalıdır.

Ermənistanın KTMT-dən çıxması rəsmi İrəvanla Moskva arasındakı gərginliklərin getdikcə böyüdüyünü və ciddi hərbi-siyasi nəticələrə səbəb olduğunu göstərir. Bu fakt bir daha sübut edir ki, Rusiya ilə Ermənistan arasındakı münasibətlər sürətlə tənəzzül etməkdə, geridönməz xarakter almaqdadır.

Ermənistanın KTMT-ni tərk etməsi onu deməyə əsas verir ki, Rusiya nəinki keçmiş sovet məkanında, hətta rəhbəri olduğu hərbi-siyasi qurumda da öz istəyini diktə edə, Ermənistan kimi kiçik dövlətin belə mərkəzdənqaçma siyasətini neytrallaşdıra bilmir. Bu, Rusiyanın siyasi nüfuzunun, yaxın coğrafiyalardakı hadisə və proseslər müdaxilə imkanlarının son dərəcə məhdudlaşdığını göstərir.

Ermənistanın KTMT-dən ayrılması Rusiya ilə açıq və ya gizli gərginlik yaşayan bütün ölkələr üçün presedentə çevrilə bilər. Çünki İrəvanın KTMT-lə bağlı atdığı addım bir daha onu göstərdi ki, Rusiyaya “yox” demək, heç bir təzyiq və təhdiddən qorxmadan onun “himayədarlıq çətirindən” imtina etmək və  sözün həqiqi mənasında cəsarətli siyasət yürütmək mümkündür. Ermənistanın KTMT ilə bağlı ortaya qoyduğu nümunə bunun ən bariz örnəyidir.

Seymur ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Aprel 2026 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri