Icma.az
close
up
RU
Ermənistanın mövqelərimizi atəşə tutmaqda məqsədi nədir? AÇIQLAMA

Ermənistanın mövqelərimizi atəşə tutmaqda məqsədi nədir? AÇIQLAMA

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, aprelin 6-sı axşam saatlarından aprelin 7-si saat 04:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Qarakilsə, Basarkeçər, Keşişkənd, Tovuzqala və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə intensiv atəşə tutub.

Ermənistanın son zaman mövqelərimizi atəşə tutmaqda məqsədi nədir?
Məsələ ilə bağlı hərbi jurnalist Heydər Mirzə Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, qarşı tərəf hazırda şərti dövlət sərhədində ciddi nəsə etmək imkanlarına malik deyil:
“Hər zaman olduğu kimi, bu dəfə də hər iki tərəfin yekun sülh müqaviləsinə yaxın olmaları və imzalanacaq razılaşma ətrafında işlərin böyük qisminin geridə qalması haqqında bəyanat verdikləri zaman şərti dövlət sərhədində buna bənzər təxribatlar və ya təxribata cəhdlər müşahidə olunur. Bunlar müxtəlif cür olur. Misal üçün, kəşfiyyat dronlarının ərazilərimizin üstündən uçuş cəhdləri, yeni yol və istehkamların inşa edilməsi cəhdləri və ya atəşkəsin pozulması. Müdafiə Nazirliyinin bəyanatları göstərir ki, hərbçilərimizin reaksiyası müxtəlif olur. Komandanlıq məqsədə uyğun hesab etdiyi halda həmin istiqamətdə cavab atəşi açılır. Müəyyən hallarda cəza tədbirləri görülür.  Qarşı tərəfin taktikası başqadır”. 
Hərbi ekspert diqqətə çatdırıb ki, Ermənistan Respublikası olaraq tanınan ərazilərə  və ya şərti dövlət sərhədində aşağı intensivlikli döyüşlər olsa belə bizi buna çəkmək niyyətindədir:
“Hazırda şərti dövlət sərhədinin Ermənistan tərəfindən yerləşdirilmiş "Avropa İttifaqının müşahidə missiyası" iddialı əcnəbilərə özlərini Azərbaycan tərəfinin "işğalçı siyasətinin" qurbanı kimi qələmə verməkdir.  Təhlili bir daha geniş çapa çıxarsaq, fikir vermək olar ki, hazırda ABŞ-la Avropa arasında Ukrayna münaqişəsi ətrafında gedən proseslər və avropalıların qitə üçün yeni təhlükəsizlik modelinin işlənib ortaya qoymaq kimi cəhdləri fonunda ən azı Fransa üçün Ermənistan tərəfinin bu cür davranışı maraqlı ola bilər. Bundan başqa, unutmalalıyıq ki, İrəvanla Kreml arasında artıq illərdir ki sürən soyuqluğa baxmayaraq, Ermənistanda bu gün də rus meyilli qüvvələr zəif deyil. Ermənistanın Ordu Komandanlığı heç də hər zaman bütün birləşmələrinə, postlarına tam nəzarət etmir. Fransa kimi, Rusiya da anlayır ki, bu münaqişənin həlli birmənalı olaraq Cənubi Qafqazın "əldən getməsi" və burada Türkiyə amilinin uzunmüddətli qaydada güclənməsi deməkdir”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Aprel 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri