Icma.az
close
up
RU
Ermənistanın gələcəyi Azərbaycandan asılıdır AÇIQLAMA

Ermənistanın gələcəyi Azərbaycandan asılıdır AÇIQLAMA

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Cənubi Qafqazın lideri Azərbaycan regionun inkişaf tarixinin yeni mərhələsini formalaşdırır. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkəmiz bölgədə yeri reallıqların müəllifidir. Dövlətimizin əsas məqsəd və hədəfi regionu sülh və əməkdaşlıq məkanına çevirməkdir. Bu baxımdan, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü müəyyən perspektivlər vəd edir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, liderlərin görüşünün konstruktiv ruhda keçməsi regionda sülhün əldə olunması və kommunikasiyaların açılması yönündə proseslərin sürətlənəcəyinə ümidləri artırır: "Görüşün nəticələrinə dair verilən rəsmi məlumata görə, görüşdə ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. Əbu-Dabi görüşündə sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər, həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər. Ümid edirik ki, bu görüş sülh üçün konkret nəticələr verəcək".

Millət vəkilinin sözlərinə görə, iki ölkənin ikitərəfli formatlı görüşləri daha nəticəyönümlüdür. "Bu görüşlərdə tərəflər sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri daha da nəticəyə istiqamətlənmiş şəkildə müzakirə etmək imkanı qazanırlar. Təsadüfi deyil ki, indiyədək əldə olunan razılaşmalar ikitərəfli görüşlərin sayəsində baş verib. 2023-cü ilin dekabrında hər iki ölkənin müvafiq dövlət strukturlarının birgə açıqlama yayması, qarşılıqlı olaraq hərbçilərin azad edilməsi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağı da Azərbaycan torpaqları kimi tanıdığını bəyan etməsi, İrəvanın Bakının COP29-a ev sahibliyini dəstəkləməsi, ötən ilin aprelində Qazaxın 4 kəndin qaytarılması, dövlət sərhədinin 12 kilometrlik hissəsinin delimitasiya və demarkasiya olunması da bunun göstəricisidir",-o qeyd edib.

Deputat əlavə edib ki, Azərbaycanın mövqeyi konstruktivdir.  "Dövlətimiz regionun tezliklə sülh və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır. Azərbaycan bu məsələdə hər zaman özünün lider mövqeyini ortaya qoyur. Ermənistanın indiyədək öz havadarlarının təhriki ilə regionu fərqli məcraya yönəltmək cəhdləri fiaskoya uğrayıb. Qalib və güclü Azərbaycan dövləti bütün təxribatların qarşısını alıb. Bütün bunların fonunda İrəvan üçüncü qüvvələrin hansısa vədlərinə güvənməməlidir. Paşinyan hakimiyyəti anlamalıdır ki, Ermənistanın gələcəyi Azərbaycanla münasibtlərin bərpasından asılıdır. Bu baxımdan, düşünürəm ki, Əbu-Dabi görüşü çox faydalı və səmərəlidir”-deyə Sevinc Fətəliyeva vurğulayıb.
Mürtəza
Ölkə.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 İyul 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri