Icma.az
close
up
RU
Ermənistanın Qərbə inteqrasiyasından narahat olmalıyıqmı?

Ermənistanın Qərbə inteqrasiyasından narahat olmalıyıqmı?

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Ermənistanın Qərbə inteqrasiya istiqamətində atdığı praktik addımlar bu ölkənin xarici siyasət sahəsində yeni bir kurs başlatdığını açıq şəkildə ortaya qoyur. Paşinyan Rusiyanın iqtisadi, siyasi, hərbi təsir dairəsindən uzaqlaşmanın mövcud şəraitdə ölkəsi üçün nə qədər riskli, təhlükəli olduğunu anlasa da, perspektivə hesablanmış seçimində hələ ki, israrlı görünür.

Bayden administrasiyası zamanı ABŞ ilə strateji əməkdaşlıq barədə Xartiyanın imzalanması, Avropa İttifaqına üzvülüklə bağlı prosesin başladılması və bundan əvvəl Ermənistanın sərhədi boyunca Aİ-nın mülki müşahidə missiyasının yerləşdirilməsi faktı, Paşinyanın Qərb qarşısında üzərinə götürdüyü öhdəliyə sadiqliyini nümayiş etdirir.

İstər daxildən, istərsə də əvvəlki patronajı Rusiya tərəfindən göstərilən təzyiqlərə baxmayaraq, Paşinyan Qərbə inteqrasiya kursunu davam etdirməklə, daxil olduğu KTMT-də fəaliyyətini faktiki olaraq dondurmuş və Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərinin pozulmasından dolayı yarana biləcək bütün iqtisadi itkiləri göz önünə almışdır. Ermənistanın Qərblə, o cümlədən ABŞ ilə yaxınlaşması və bu yaxınlaşmadan yararlanan Paşinyan hakimiyyətinin 10 noyabr üçtərəfli sazişin ana şərtlərindən yayınması diqqətdən qaçmamalı və Azərbaycan bu ölkənin Qərblə yaxınlaşmasını deyil, məğlub dövlət kimi üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırması faktını qabartmalıdır.

Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətidir, regional məsələlərin həllində söz sahibidir, beynəlxalq ticari əlaqələrin inkişafında mühüm rol oynayan “cənub-qərb”, “şərq-qərb”, “orta dəhliz”in keçdiyi əlverişli coğrafi məkandır, hərbi, siyasi potensialı, iqtisadi gücü, kiçikliyindən, böyüklüyündən asılı olmayaraq dövlətlərlə ünsiyyətində etibarlılığı, Ermənistandan fərqli olaraq ona böyük avantaj verir.

Bu baxımdan Azərbaycan Ermənistanın, özünün də xarici siyasət kursunda prioritet təşkil edən Qərbə inteqrasiya olunma faktorundan narahat olmamalı, eyni zamanda bu ölkənin Rusiya ilə əlaqələrinin kritikləşməsindən 44 günlük Vətən müharibəsində olduğu kimi, bundan sonra da milli maraqlarımıza uyğun istifadə etməyi bacarmalıdır.

Ermənistanın unutduğu bir şey var. Qərbə inteqrasiya kursu ona üfüqdə görünməyən siyasi gələcək vəd etsə də, daxil olduğu Avropa İqtisadi İttifaqından əldə etdiyi yaşamı, Rusiya istiqamətində illik ticari dövriyyəsi 12 milyarda çatan iqtisadi faydanı, Azərbaycanla münasibətlərin düzgün qurulmasından beynəlxalq iqtisadi layihələrə qoşulmasının ona verdiyi verdiyi üstünlükləri nəzərdən qaçırmamalıdır. Beynəlxalq münasibətlər üzrə Almaniya şurasının üzvü, alman politoloqu Ştefan Mayster “Caliber. az” saytına verdiyi müsahibədə Ermənistanın daxil olduğu iqtisadi məkanla bütün əlaqələri kəsib, canfəşanlıqla Qərbə meyillənməsinə aydılıq gətirərək qeyd edir: “Ermənistan məqsədyönlü şəkildə öz iqtisadiyyatını inkişaf etdirmək istəyirsə Avropa İttifaqına inteqrasiya olunmaqdansa, region ölkələri ilə münasibətlərini qurmağı bacarmalıdır. Ermənistan Avropa İttifaqına tam arientasiya olunmadan daha çox, ittifaqın ayrı-ayrı sferalarına inteqrasiya haqqında düşünməlidir”.

"AzPolitika"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Fevral 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri