Icma.az
close
up
RU
Fyodor Lukyanov: “Tehranın narahatçılığı Ermənistanın Qərbə yaxınlaşmasıdır” KONKRET

Fyodor Lukyanov: “Tehranın narahatçılığı Ermənistanın Qərbə yaxınlaşmasıdır” KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian yanvarın 17-də Moskvada “Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi” imzalayacaqlar.

KONKRET.az xəbər verir ki, bu barədə “Kommersant.ru” məlumat yayıb. Moskva ilə Tehran arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi 47 maddədən ibarətdir və ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir. Məlumata görə, saziş tərtib edilərkən əsas diqqət suverenlik və ölkələrin ərazi bütövlüyünə hörmət prinsiplərinə yönəldilib. Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, yaxın vaxtlarda Rusiya ilə İran arasında “Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi” imzalanacaq. Onun sözlərinə görə, saziş tərəflərin regional- qlobal səviyyədə sülh və təhlükəsizliyin rifahı naminə müdafiə sahəsində daha sıx əməkdaşlıq etmək istəyini bərqərar edəcək.

Bundan əlavə, “The Times” qəzeti Rusiya ilə İran arasında aparılan gizli danışıqlardan yazıb və bəzi detalları açıqlayıb. Əldə edilən məlumata görə, İranın ali dini lideri Əli Xamneyinin müşaviri Əli Lariani Rusiyanın yüksək rütbəli rəsmiləri ilə mütamadi görüşür. O, həmçinin nüvə proqramı və hava hücumundan müdafiə ilə bağlı Rusiyadan kömək istəmək üçün Moskvaya tez-tez gizli səfərlər edir. “The Times” daha sonra yazır:”İran nüvə sazişinin uzadılması ilə bağlı Qərblə gözlənilən danışıqlara baxmayaraq, Rusiyada hərbi və müdafiə qabiliyyətini gücləndirmək üçün gizli diplomatik missiyalar həyata keçirir “.

 Nəşr onu da qeyd edir ki, Tehran və Moskva arasında əməkdaşlığın güclənməsi İran üçün böhranlı bir vaxta təsadüf edir. İran Yaxın Şərqdəki mövqeyini itirib və Qərbin sanksiyaları səbəbindən iqtisadi çətinliklərlə üzləşib.

“Hazırda Rusiya İranın raket və pilotsuz təyyarələrinin tədarükündən asılı vəziyyətdədir.  Eyni zamanda Moskva İranın nüvə proqramı planlarından narahatdır “, – deyə Qərb kəşfiyyatındakı mənbə  bildirib. Qəzet daha sonra yazır ki,  İran “Su-35” qırıcısının son versiyasını əldə etməyə və hava hücumundan müdafiə sistemlərini yenidən qurmağa çalışır. İran, həmçinin “Hizbullah”ı  yenidən silahlandırmaq üçün Rusiyanın regiondakı mövcudluğundan istifadə edərək, logistik yardım istəyib”.

 Bütün bunlardan əvvəl İran İslam Respublikasının  Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədyanın Bakı və İrəvana səfəri diqqəti cəlb edir. İranın yüksək rütbəli rəsmisinin səfəri Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması üçün qanun layihəsinin təsdiqlənməsi ilə bağlı qərarı ilə eyni vaxta təsadüf edib. İrəvanın bu adımını İran üçün qəbuledilməz hesab edən Əli Əkbər Əhmədian Ermənistan hakimiyyətini Aİ və NATO-ya üzv olmaq istəklərindən əl çəkməyə çağırıb. O, erməni həmkarlarına xəbərdarlıq edib ki, bu kurs İrəvana yaxşı heç nə vəd etmir. Əhmədian həmçinin vurğulayıb ki, İran Ermənistandan Aİ missiyasını dayandırmasını gözləyir. İrəvan Tehranın şərtlərini yerinə yetirməyə razı olarsa, bunun müqabilində İran rəsmisi iki ölkə arasında İran silahlı qüvvələrinin Ermənistan ərazisinə daxil olması kimi elementləri özündə əks etdirən müdafiə sazişi imzalamağı təklif edib. İran tərəfi hələ ki, yayılan məlumatlara münasibət bildirməyib.

Rusiyalı politoloq Fyodor Lukyanovun sözlərinə görə, hazırda  Rusiya-İran münasibətləri dinamik inkişaf dövrünü yaşayır. Politoloq bildirib ki, yeni geosiyasi reallıqlar, eləcə də çoxqütblü dünyanın formalaşması prosesinin aktivləşməsi Rusiya və İranın, xüsusən də siyasi, hərbi və iqtisadi sahədə yaxınlaşmasına töhfə verir. Lukyanov hesab edir ki, son illərdə Rusiya və İranın xarici çağırışları, İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və BRİKS-ə daxil olması Rusiya ilə İran arasında siyasi əlaqələrin dərinləşməsinə və ikitərəfli əlaqələrin fəallaşmasına təkan verib. Politoloqun fikrincə, Moskva və Tehran həm Yaxın Şərqdə, həm də Ukraynada baş verən hadisələrlə bağlı mövqelərində yaxındırlar.

 Lukyanovun sözlərinə görə, sazişin bağlanması bir sıra hadisələrə görə ləngiyib, halbuki o, çoxdan hazırdır və Tehranla Moskva arasında münasibətlərin yeni keyfiyyətini yaradan hadisə kimi yetişib: “Bu saziş Moskva-Tehran münasibətlərinin yeni dərinliklərini qeyd edəcək. Həmçinin gələcək üçün əməkdaşlığı gücləndirəcək. Tərəflər arasında etimad səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq. Qərbin Rusiya və İrana münasibətdə mövqeyini nəzərə alaraq, bu saziş tərəflərə mövqelərini gücləndirməyə, ikitərəfli əməkdaşlığa əhəmiyyətli dərəcədə kömək edəcək. Bu razılaşmaların hələ mövcud olmadığı məsələlərdə qarşılıqlı anlaşmanın tapılmasına imkan yaradacaq”.

Cənubi Qafqaza gəlincə, analitikin fikrincə, İran və Rusiya bir çox məsələlərdə, məsələn, Ermənistandan Aİ müşahidəçilərinin çıxarılması, 3+3 platformasının təşviqi və bir sıra digər məsələlərdə konsensusa malikdir: “Son vaxtlar biz ikitərəfli təmasları daha çox müşahidə edirik. Bu məsələdə ya fikir ayrılıqları, ya da qarşılıqlı anlaşmanın olmaması müşahidə olunur. Lakin  tərəflərin mövqelərində böyük fərq və fikir ayrılığı yoxdur. Rusiya son illər bu regionda fəaliyyətini xeyli azaltdıqdan sonra, İran fəallaşıb. Ona görə də bu dövrdə İran İrəvanla Bakı arasında  vasitəçi olmağı və ya altıtərəfli platformada məsələləri müzakirə etməyi təklif edib ”. Rusiyalı politoloq hesab edir ki, hazırda İranın regiondakı tərəfdaşları daha zəifdir. Üstəlik, Qərbin İrana qarşı təzyiqləri arta bilər. İrandan fərqli olaraq, İsrail özünü daha inamlı hiss edir: “Ona görə də əsas sual budur ki, İsrail ABŞ-nin birbaşa və ya üstüörtülü razılığı ilə İranın nüvə obyektlərinə hücuma qərar verəcək. Digər tərəfdən, İran nüvə silahının yaradılmasını sürətləndirəcəkmi? İranın narahatlığı var və ola bilsin ki, onların bəziləri hələ də vəziyyətin həll olunmadığı Cənubi Qafqaz qonşuluğu ilə bağlıdır. Və təbii ki, İran Milli Təhlükəsizlik Şurası katibinin Bakı və İrəvana səfəri İran tərəfinin mümkün vasitələrlə vəziyyətə töhfə vermək narahatlığını və istəyini göstərir. Görünən odur ki, belə bir məmur münaqişəli ölkələrə təsadüfi səfər etmir, onun aydın gündəmi, məzmunu, İranın həmin prosesdə rolunun artırılması ilə bağlı təklifləri var idi. Amma Rusiya-İran sazişinin bağlanması İran və Rusiya arasında Cənubi Qafqazda əməkdaşlığa da təsir edəcək. Onu dərinləşdirəcək, bir çox məsələlərdə qarşılıqlı anlaşma imkanlarını artıracaq. Ermənistan istəsə, bu əməkdaşlıqdan və vəziyyətdən faydalana bilər”.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Yanvar 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri