Icma.az
close
up
RU
Ermənistanın raket əmrləri ifşa edildi KONKRET

Ermənistanın raket əmrləri ifşa edildi KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 13-də davam etdirilib.

Teleqraf xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclası sənədlərin elan olunması ilə davam etdirilib.

Sənədlərdən birində qeyd edilib ki, qondarma qurumun mövcud olduğu müddət ərzində mediada həftəlik “Qoyamart” (Azərbaycan dilinə tərcümədə “yaşamaq uğrunda döyüş”) hərbi proqramı yayımlanıb.

Həmin proqramın verilişləri izlənilərək təhlil edilib, Azərbaycan Respublikasının suveren ərazilərinin işğalının təşviq edilməsi və Azərbaycanın vaxtilə işğal altında olan ərazilərindəki Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığının yüksəldilməsi üzrə orada xidmət edən yüksəkrütbəli zabitlərin fəaliyyətinin qeydiyyatı aparılıb. Belə zabitlərdən biri general-mayor ali hərbi rütbəli, hazırda təqsirləndirilən David Manukyandır. “Qoyamart” hərbi proqramının 2020-ci il mayın 16-da yayımlanmış buraxılışına əsasən, Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsinin diviziyalarında “müdafiə döyüşündə atıcı silahlardan atəşin aparılma forma və metodları” və “müdafiə döyüşündə qumbaraatan taqımının tətbiqi” mövzularında “nümunəvi məşğələlər” keçirilib. Təlimlərə rəhbərliyi silahlı birləşmənin komandanı general-leytenant Calal Arutyunyan və onun 1-ci müavini general-mayor David Manukyan edib, “lazımi göstərişlər” veriblər.

Elan olunan sənədlərdən biri “Krunq” təşkilatının yaradılması və fəaliyyəti ilə bağlı olub.

Növbəti sənədlər Ermənistan Respublikası Müdafiə Nazirliyinin yaradılması, formalaşması barədə bir sıra məlumatlarla bağlı olub. Bildirilib ki, 1992-ci il yanvarın 28-də Ermənistan hökumətinin qərarı ilə Nazirlər Şurası yanında Əlahiddə Müdafiə Komitəsi ləğv olunub və onun bütün əmlakı yeni yaradılmış Müdafiə Nazirliyinin tərkibinə verilib. Müdafiə naziri vəzifəsinə Vazgen Sarkisyan təyin edilib.

Daha sonra Ermənistan silahlı qüvvələrinə məxsus bir sıra məxfi sənədlər elan olunub. Həmin sənədlərin hər birinin fotoşəkilləri də məhkəmədə nümayiş etdirilib.

Sənədlərlə sübut olunur ki, Ermənistan silahlı qüvvələrinin müxtəlif strukturlarına, habelə qondarma qurumun “ordusu”na (Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsinə – red.) Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində icra edilməsi məqsədilə müxtəlif hərbi tapşırıqlar verilib.

Məsələn, Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi general-polkovnik Yuri Xaçaturovun 04.05.2016-cı il tarixli, 0119 nömrəli məxfi əmrindən – döyüş tapşırığından görünür ki, qondarma qurumun “ordusunun komandiri”nə “6-cı müdafiə rayonu”nun tankəleyhinə çuxur və çuxur yollarının torpaq qatlarını təchiz etmək və aralıq səngər və müdafiə xətti kimi istifadə etmək, “9-cu müdafiə rayonu”nun tankəleyhinə çuxur və çuxur yollarını bir-biri ilə mütləq şəkildə birləşdirmək və bütünləşdirmək, döyüş düzülüşündə olan vasitələri maskalamaq tapşırılıb.

Məhkəmədə Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi, general-leytenant Movses Akopyanın və silahlı qüvvələrin Baş Qərargahının Kəşfiyyat idarəsinin rəisi, polkovnik V.Sarqsyanın İrəvan şəhərində tərtib olunmuş 24.12.2016-cı il tarixli, 016 nömrəli birgə məxfi əmri – döyüş tapşırığı da açıqlanıb və sənədin fotosu nümayiş etdirilib.

Məxfi sənəddən görünür ki, qondarma qurumun “ordusu”nun şimal-şərq istiqamətində ərazinin tədqiq edilməsi və radioelektron kəşfiyyat (REK) bölmələrinin mövqe rayonunun seçilməsi məqsədilə 2017-ci il yanvarın 10-14-də 24-cü Xüsusi Təyinatlı Əlahiddə Radiotexniki Alayının işçi qrupunun İrəvan-Xankəndi-Ağdərə-Suqovuşan-Xankəndi-İrəvan marşrutu üzrə səfərinin təşkil edilməsi, həmin əmrin icrasına nəzarət isə Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargahının Kəşfiyyat idarəsinin rəisinə tapşırılıb.

Məhkəmədə Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi, general-leytenant A.Davtyanın İrəvan şəhərində tərtib edilmiş 24.09.2019-cu il tarixli, 0261 №-li məxfi əmri – döyüş tapşırığı da açıqlanıb və nümayiş etdirilib.

Sənəddən görünür ki, Ermənistan Respublikası silahlı qüvvələrinin silahlanma rəisinə qondarma qurumun “ordusu”nun 1-ci, 2-ci, 3-cü, 4-cü və 7-ci “müdafiə rayonları”na 46 komplekt, 120 millimetrlik M-75 (M-74) minaatanlarının əvəzinə 20 komplekt 82 millimetrlik M-69, 26 komplekt 82 millimetrlik BM-37 minaatanlarının verilməsi tapşırılıb.

Həmin sənədlə qondarma qurumun “ordu komandiri”nə isə qeyd olunan silah-sursatın təhvil alınaraq həmin “müdafiə rayonları”na verilməsinin təşkil edilməsi və işlərin yekunu barədə 5 gün ərzində Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisinə məruzə edilməsi tapşırılıb.

Qondarma qurumun “ordusu” (Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsi – red.) “komandanın 1-ci müavini – qərargah rəisi” general-mayor Kamo Vardanyanın “Düşmənin yaşayış məntəqələrinin atəşlə məhv edilməsi barədə” 25.09.2020-ci il tarixli, 0671 nömrəli məxfi əmri (döyüş tapşırığı) də açıqlanıb. Əmrdən görünür ki, Xankəndi şəhərində birləşmə və hərbi hissə komandirlərinə 2020-ci il sentyabrın 28-dək qeyd olunan əmrə əlavə edilmiş yaşayış məntəqələrini atəş hədəfinə almaq, atəş üçün yerləşmələri hesablamaq və döyüş tətbiqi sənədlərinə əlavə etmək, döyüş hesablarını dəqiqləşdirmək, artilleriya hərbi hissələrində 40 km mənzilli G-2000 raketləri ilə atəş aparmaq üçün konkret olaraq bir vahid BM-21 sistemləri (YARS) hazırlamaq və onun üçün nəzərdə tutulmuş 80 ədəd raketdən 40 ədədini daimi olaraq atəş açacaq döyüş maşının nəqliyyat-doldurucu avtomobilində saxlamaq, digər 40 ədədini isə həmin döyüş maşını döyüş düzülüşünə açılmazdan əvvəl ona yükləmək, BM-21 YARS-ı dəyişdirici alətlərlə təchiz etmək tapşırılıb.

Əmrə əlavə edilmiş atəş məhvetmə hədəfinə alınmış yaşayış məntəqələrinin siyahısına Azərbaycanın Mingəçevir və Naftalan şəhərləri, Tərtər, Yevlax, Beyləqan, Ağcabədi və digər rayonları, habelə bir sıra qəsəbələri, kəndləri daxildir.

Elan olunan sənədlərə əsasən, həmçinin Vətən müharibəsinə qədər Azərbaycanın işğal altında olmayan, mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən məhv edilməsinə dair direktiv, məhv ediləcək yaşayış məntəqələrinin dəqiq koordinatları, hansı növ raketlərdən istifadə edilməsi təqdim olunub.

Bildirilib ki, həmin sənəddə hədəf kimi göstərilən koordinatlar Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən yoxlanılıb və həmin koordinatların Azərbaycan Respublikasının yaşayış məntəqələrinə uyğun gəldiyi öz təsdiqini tapıb.

Məhkəmə prosesi oktyabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Oktyabr 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri