Icma.az
close
up
RU
Avropanın rəhbər şəxsləri Azərbaycana yanaşmalarını dəyişirlər

Avropanın rəhbər şəxsləri Azərbaycana yanaşmalarını dəyişirlər

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Azərbaycan Avropa Birliyinin (AB) çox önəmli tərəfdaşıdır. Azərbaycanın enerji və nəqliyyat layihələri Avropa Birliyi üçün mühüm əhəmiyyət kəsb edir.

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “Reytinq” qəzetinə deyib ki, xüsusilə, Rusiya-Ukrayna müharibəsi fonunda Avropada müşahidə edilən enerji qıtlığını Azərbaycan və Orta Asiya vasitəsilə aradan qaldırmaq mümkündür.
Onun sözlərinə görə, real düşünən, Avropanın gələcəyini problemsiz görmək istəyən Avropa Birliyi rəhbərlərinin Azərbaycanla münasibətləri qaydaya salması məntiqlidir, onların maraqlarına uyğundur.
“Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı çərçivəsində AB rəhbərlərinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşmək, müzakirələr aparmaq istəyi və bunun Azərbaycan-Avropa Birliyi münasibətlərinə müsbət təsirindən söz açan A. Mollazadə əlavə edib ki, AB ilə Azərbaycan arasında münasibətlərin normallaşmasına, əlaqələrin inkişafına mane olan qüvvə erməni diasporasına yaxın şəxslərdir.
Milli Məclis üzvü konkret misal da çəkib: “Münasibətlərin normallaşmasına mane olanlardan biri də Fransa prezidenti Emmanuel Makron və onun kimi digər şəxslərdir. Amma Makronun Fransa daxilində imkanları azalır. Makron və digər şəxslər getdikcə erməni diasporasının mövqelərindən çıxış edirlər. Yəni Avropada Azərbaycana qarşı olanlar əsasən ermənilərə yaxın siyasətçilərdir və diasporanın anti-Azərbaycan kampaniyasında fəal iştirak edirlər”.
Mollazadə bildirib ki, Avropanın gələcəyini düşünən şəxslər Azərbaycanın imkanlarını, həyata keçirdiyi işləri və aparılan siyasəti görməyə bilməzlər: “Yəni Avropa barədə düşünən, erməni diasporasından uzaq duran Avropa rəhbərləri Azərbaycanla əlaqələrin bərpasında və münasibətlərin inkişafında maraqlı olmalıdırlar. Çünki erməni diasporasının maraqları Avropanın maraqları deyil. Hesab edirəm ki, bu yanaşma getdikcə daha çox Avropa rəsmiləri tərəfindən qəbul edilir. Bu səbəbdən də onlar Azərbaycana münasibətdə əvvəlki yanaşmaları dəyişirlər”.
Partiya sədri sonda qeyd edib ki, Azərbaycan səbrli və stabil siyasət aparır: “Azərbaycan prezidentinin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısına qatılması da bunun sübutudur. Azərbaycan indiyə qədər fəaliyyətində beynəlxalq hüququ üstün tutub, bərabərhüquqlu və tərəflərə xeyir gətirən əlaqələrdə maraqlı olub, bunu dəfələrlə nümayiş etdirib”.
Y. QACAR
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://reyting.az
archiveBu xəbər 19 May 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see250

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see216

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see206

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see184

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see150

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see145

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see137

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see136

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see133

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see132

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see130

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see128

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see125

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see122

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see120

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see120

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri