Ermənistanın sərhədləri dəyişəcək, Zəngəzurun bir hissəsi... ŞOK İDDİA
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
“Minimum diplomatik imkanlara malik hökumətimiz olmasa, Sünikin (Zəngəzur) bir hissəsi Azərbaycana veriləcək”.
Bu iddia ilə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan çıxış edib.
Oskanyan bildirib ki, hakimiyyətin səriştəsizliyinə görə Ermənistanın zəifliyinin daha da dərinləşməsi təhlükəsi yaranıb.
Onun fikrincə, minimal diplomatik imkanlar olmasa, Ermənistan əlavə ərazilər itirəcək.
“Ermənistan demarkasiya prosesində yeni əraziləri Azərbaycana qaytaracaq. Ümumiyyətlə Ermənistanın sərhədləri dəyişəcək, Sünikin (Zəngəzur) bir hissəsi Azərbaycana veriləcək. Bununla yanaşı, konstitusiya dəyişdiriləcək, 300 minə yaxın azərbaycanlı da Ermənistana gələcək”, - o iddia edib.
Oskanyan qeyd edib ki, Ermənistan ağır məğlubiyyətə uğrayıb və hakimiyyətin siyasəti nəticəsində etibarlı müttəfiqi yoxdur. Onun sözlərinə görə, heç bir ölkə Ermənistanı ciddi qəbul etmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 10 Fevral 2025 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















