Icma.az
close
up
RU
Ermənistanın silahlanması region üçün ciddi problemlər yarada bilməz Polkovnik

Ermənistanın silahlanması region üçün ciddi problemlər yarada bilməz Polkovnik

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin silah tədarükü imkanlarının genişləndiyini açıqlayıb. Onun sözlərinə görə, əvvəllər Ermənistan üçün silah bazarları həm coğrafi, həm də maliyyə baxımından məhdud idi. Lakin artıq bu məhdudiyyətlər aradan qaldırılıb və heç bir ölkə Ermənistanla hərbi-texniki əməkdaşlıqdan çəkinmir, çünki bu silahların qeyri-legitim məqsədlər üçün istifadə olunacağından narahatlıq yoxdur. 

Bəs Ermənistanın silah bazarlarını böyütməsi region üçün təhlükə hesab oluna bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhlükəsizlik orqanlarının veteranı, ehtiyatda olan polkovnik Elşad İsayev bildirdi ki, həqiqətən son illərdə, xüsusən də İkinci Qarabağ müharibəsi dövründə Ermənistan üçün belə problemlər vardı.

Onun sözlərinə görə, bəzi dövlətlər ərazilərindən silah daşınmasına icazə vermirdilər:

"Ümumiyyətlə, Ermənistanın çox vacib maliyyə problemləri vardı. Amma indi zaman dəyişib, təbii ki, dövlətlərarası münasibətlər dəyişib. Belə bir məqamda Ermənistan da digər ölkələrlə hərbi texniki sahədə əməkdaşlıq edir. Bir sözlə silah bazarlarını genişləndirməyə çalışır. Bu, təbii bir prosesdir. Təbii ki, hər bir ölkə bu istiqamətdə çalışır ki, özünə güclü bir ordu yarada bilsin. Ancaq güman etmirəm ki, Ermənistanın silahlanması region üçün ciddi problemlər yarada bilsin. Çünki Ermənistanın rəhbərliyi yaxşı başa düşür ki, istənilən formada silahlanma ilə Azərbaycanla münasibətdə üstünlük qazana bilməz".

Polkovnik vurğuladı ki, bu gün Azərbaycan ordusu ən müasir silahlarla, texnikalarla təmin olunub:

"Ali Baş Komandanın göstərişi ilə Azərbaycan ordusu üçün ən müasir silahlar alınır. Azərbaycan ordusu faktiki olaraq günü-gündən güclənir. Bu gün Azərbaycan ordusu regionun ən güclü ordusudur. Eyni zamanda Azərbaycanın iqtisadi imkanları ilə Ermənistanın iqtisadi imkanlarını da müqayisə etmək düzgün olmaz. Çünki müasir silahlar sadəcə bağışlanmır, bu silahlar alınmalıdır. Bu sahədə böyük bir maliyyə imkanları olmalıdır. Bu silahlardan eyni zamanda istifadə etmək üçün güclü mütəxəssislər hazırlanmalıdır. Güman etmirəm ki, Ermənstanın silah bazarındakı hərəkəti gələcəkdə regionda böyük bir problemlər yarada bilsin. Bu, mümkün deyil".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Sentyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri