Icma.az
close
up
RU
Ermənistanın son təxribatlarında ÜÇ MÜHÜM EHTİMAL: İrəvan müharibə QƏRARI VERİB? KONKRET

Ermənistanın son təxribatlarında ÜÇ MÜHÜM EHTİMAL: İrəvan müharibə QƏRARI VERİB? KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistan atəşkəsi pozmağı azmış kimi həm də dronlar vasitəsilə movqelərimizdə kəşfiyyat xarakterli uçuşlar həyata keçirir. Son zamanlar artan bu təxribatlar vəziyyəti daha da gərginləşdirir. Bəs görəsən, bu, İrəvanın ciddi formada müharibəyə hazırlaşdığını deməyə əsas verə bilərmi?

Mövzunu KONKRET.az-a Siyasi Texologiyalar Mərkəzinin prezidenti Vəli Əlibəyov şərh edib:

“Baş verən hadisələri sadə insident kimi qəbul etmək olmaz. Bu, kordinasiyalı şəkildə həyata keçirilən əməliyyatlardır. Ermənistanın bu addımı niyə atdığına dair 3 versiya mövcuddur. Birincisi, bu, İrəvanın müharibəyə hazırlıq yoxlanışı ola bilər. Ermənistan dronlar vasitəsilə Azərbaycan ordusnun yerini, onun silah sistemlərini, mühəndis-istehkamlarını öyrənmək istəyir. Bunu biz döyüşdən əvvəlki kəşfiyyat kimi də xarakterizə edə bilərik. İkincisi, Ermənistan beynəlxalq səhnədə uzun müddətdir ki, məğlubiyyətlə üzləşir. Dünya ictimaiyyətinin diqqəti isə başqa ölkələrdəki münaqişələrə yönəlib. Ermənistan Azərbaycanla sərhəddə vəziyyəti gərginləşdirməklə beynəlxalq ictimaiyyətin diqqətini öz üzərinə yönəltmək niyyəti güdür. Yenidən vasitəçiləri aktivləşdirməyə çalışır. Üçüncüsü, Ermənistan tərəfi bu kimi addımlarla Azərbaycanın hərbi və diplomatik reaksiyasını öyrənməyə çalışır. Yəni ordumuzun bu kimi hallara necə çevik reaksiya sərgiləcəyini bilmək istəyir. Eyni zamanda Azərbaycan siyasi və hərbi rəhbərliyinin belə məsələlərə davranış modellərini öyrənmək məqsədi güdür. Təxribatlar daha çox məlumat toplamağa yönəlib. Bu, gələcək hərbi toqquşmaya hazırlıq kimi görünə bilər”.

Ekspertin sözlərinə görə, əslində bütün bu hallar müharibəyə hazırlığın ilkin siqnalıdır:

“Amma bu, o demək deyil ki, yaxın günlərdə müharibə baş verəcək. Hərçənd, belə təxribatların sayı çoxalsa, Ermənistan Rusiya və Qərbdən yeni siqnallar alsa, o zaman İrəvan hərbi əməliyyatlara başalaya bilər. Amma hələ ki, diqqəti regiona yönəltməyə və kəşfiyyat məlumatları toplamağa yönəlmiş addımlardır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://konkret.az
archiveBu xəbər 31 Mart 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri