Icma.az
close
up
RU
Reytinq nəhəngi Bakı İrəvan xəttində müharibə ssenarisinini ehtimal etmir

Reytinq nəhəngi Bakı İrəvan xəttində müharibə ssenarisinini ehtimal etmir

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi tərəfindən Ermənistan üzrə proqnozun "sabit"dən "müsbət"ə yüksəldilməsində bu ölkə ilə Azərbaycan arasında diplomatik və ticarət münasibətlərinin normallaşdırılması istiqamətində irəliləyişlə bağlı gözləntilər mühüm rol oynayır.

"Report" xəbər verir ki, bu barədə agentliyin Ermənistanın reytinqlərinin qiymətləndirilməsinə dair hesabatında bildirilir.

Qeyd olunur ki, proqnozun "müsbət"ə dəyişdirilməsi regionda geosiyasi və təhlükəsizlik mühitinin yaxşılaşması potensialına dair baxışı əks etdirir.

"Azərbaycanla danışıqlarda əldə olunan irəliləyiş qısamüddətli təhlükəsizlik risklərini azalda bilər. Bununla belə, davamlı sülh sazişinin perspektivi hüquqi qüvvəyə malik məcburi sənədin imzalanmasından və onun effektiv icrasından asılıdır", – hesabatda vurğulanıb.

Agentliyin ekspertləri hesab edirlər ki, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarında irəliləyiş müşahidə olunur və bu, yaxın perspektivdə hərbi eskalasiya ehtimalını azaldır. "Qarabağ ətrafında mübahisənin faktiki olaraq başa çatmasından sonra tərəflər suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan hərtərəfli sülh sazişi üzərində fokuslanıblar", - "S&P" bildirir.

Hesabatda qeyd edilir ki, 2025-ci ilin avqustunda ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş razılaşma mühüm siyasi mərhələ olmaqla təhlükəsizlik mühitinin sabitləşməsinə töhfə verib. Normallaşma istiqamətində atılan ilk addımlar regional nəqliyyat əlaqələrinin və ticarətin müəyyən qədər yaxşılaşmasına gətirib çıxarıb.

Bununla yanaşı, sənəddə vurğulanır ki, sülh sazişinin imzalanması və ratifikasiyası prosesi hələ də mürəkkəb olaraq qalır və zaman tələb edir. Sazişin dayanıqlılığı tərəflərin siyasi baxımdan həssas qərarları icra etməyə hazırlığından, icra mexanizmlərinin etibarlılığından və təhlükəsizlik təminatlarının mövcudluğundan asılı olacaq.

Həllini tapmamış məsələlər sırasında sərhədlərin delimitasiyasının ardıcıllığı və icrasının təmin edilməsi, eləcə də konkret və aydın təhlükəsizlik təminatlarının olmaması göstərilir.

Ekspertlərin fikrincə, Ermənistanda daxili siyasi məhdudiyyətlər də sülh prosesinə əlavə qeyri-müəyyənlik yarada bilər. "Hakimiyyət yeni konstitusiya layihəsi üzərində işləyir, sənədin mart ayınadək təqdim olunacağı, referendumun isə iyunda keçiriləcək parlament seçkilərindən sonrakı dövrə planlaşdırıldığı gözlənilir. Lakin 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinə istinadların preambulada saxlanılıb-saxlanılmayacağı hələ də aydın deyil. Bu məqam Azərbaycan üçün həssasdır, çünki belə istinadlar ərazi iddiaları kimi qiymətləndirilə bilər", - hesabatda qeyd olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Fevral 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri