Icma.az
close
up
RU
Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko Ermənistan parlamentinin yeni spikeri Ruben Rubinyana telefon danışığı zamanı İrəvana ciddi xəbərdarlıq edib.

Turkustan.az erməni mediasına istinadla xəbər verir ki, telefon söhbətdə Matviyenko bildirib ki, əgər üçüncü ölkələrin sorğuları əsasında Rusiya vətəndaşlarının Ermənistanda saxlanılması davam edərsə, rusiyalı turistlərə Ermənistana səfər etməkdən çəkinmək tövsiyə oluna bilər. Bildirilir ki, bu açıqlama Ermənistan üçün sadəcə siyasi mesaj deyil, həm də ciddi iqtisadi təhlükədir. Çünki ölkənin turizm sektorunun əsas dayağı Rusiya bazarıdır.

2025-ci ildə Ermənistana səfər edən turistlərin 40,7 faizi Rusiyanın payına düşüb. Bu, təxminən 1 milyon nəfər deməkdir. Rusiya bazarının turizm sektorundan çıxması Ermənistan üçün ciddi gəlir itkisi ilə nəticələnə bilər.Məsələnin miqyasını digər ölkələrin göstəriciləri də göstərir. Ermənistanın əsas turizm bazarlarından Gürcüstan və İran Rusiyadan gələn turistlərin sayından xeyli geri qalır. Avropa ölkələri isə bu boşluğu doldurmaq imkanına daha az malikdir.Məsələn, 2025-ci ildə Avropa İttifaqı ölkələri arasında Ermənistana ən çox turist göndərən Fransa olub. Amma Fransadan gələn turistlərin sayı 35 mindən bir qədər çox təşkil edib. Bu rəqəm Rusiya bazarının miqyası ilə müqayisə olunmayacaq qədər kiçikdir. Ona görə də İrəvanda Rusiyadan gələn turistlərin azalmasının Avropadan gələn turistlərlə kompensasiya ediləcəyini söyləmək çətin ki, real iqtisadi hesablamaya əsaslansın.

Rusiya turistləri Ermənistanın yalnız mehmanxana sektoruna deyil, restoran, nəqliyyat, ticarət və digər xidmət sahələrinə də ciddi gəlir gətirir. Təxminən bir milyon nəfərlik turist axınının itirilməsi bu sahələrdə ciddi geriləmə yarada bilər. Matviyenkonun Ruben Rubinyanla telefon danışığında səsləndirdiyi xəbərdarlığın əsas mesajı da məhz budur: Moskva Rusiya vətəndaşlarının üçüncü ölkələrin sorğuları əsasında Ermənistanda saxlanılmasına biganə qalmayacaq.

İrəvan üçün vəziyyət daha da həssasdır. Ermənistan hakimiyyəti son illərdə Qərblə siyasi yaxınlaşmanı artırdığı halda, ölkə iqtisadiyyatının mühüm sahələrində Rusiya bazarından asılılıq qalmaqdadır. Turizm də bunun ən bariz nümunələrindən biridir. Matviyenkonun sözləri Ermənistanın yeni parlament rəhbərinə ünvanlanan adi diplomatik xəbərdarlıqdan daha ciddi məna daşıyır. Moskva faktiki olaraq göstərir ki, siyasi qərarların iqtisadi nəticələri də ola bilər.

Erməni mediası xüsusi vurğulayır ki, indi cəmiyyəti maraqlandıran daha bir aktual sual da budur: Paşinyan hökuməti Moskva ilə siyasi qarşıdurmanı daha da dərinləşdirərək Ermənistanın turizm sektorunu risk altında qoyacaq, yoxsa Rusiyanın xəbərdarlığını nəzərə alacaq?

/Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Avqust 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri