Icma.az
close
up
RU
Ermənistanın sülh kursu risk altındadır ŞƏRH

Ermənistanın sülh kursu risk altındadır ŞƏRH

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Paşinyan sülh deyir, amma silahlanma edir”

Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamaları regionda Azərbaycan–Ermənistan münasibətlərində yeni mərhələyə keçid iddialarını yenidən gündəmə gətirib. Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin illik hesabatına istinad edən Paşinyan iki ölkə arasında hərbi eskalasiya və ya müharibə riskinin demək olar ki, mövcud olmadığını bildirib. Onun sözlərinə görə, bu yanaşma tərəflər arasında sülhün bərqərar olması istiqamətində formalaşan reallığın göstəricisidir. Paşinyanın Azərbaycanın hərbi xərclərinə toxunması, Ermənistanın müdafiə qabiliyyətinin artırıldığını vurğulaması isə rəsmi İrəvanın sülh ritorikası ilə təhlükəsizlik siyasəti arasındakı balans axtarışını ön plana çıxarır. Bu açıqlamalar fonunda Ermənistan–Azərbaycan münasibətlərində baş verən “keyfiyyətcə dəyişikliklərin” real mahiyyəti və davamlılığı diqqət çəkir. 

Mövzunu şərh edən politoloq Ülviyyə Zülfiqar “Sherg.az”a bildirib ki, Paşinyanın hakimiyyətinin əsas amalı daxili auditoriyaya sülh gündəmini əsas xətt kimi təqdim etməkdədir. Onun sözlərinə görə, bu cür açıqlamalar ictimai narahatlığı azaltmaq, hökumətin mövqeyini legitimləşdirmək məqsədi daşıyır:

“Eyni zamanda bu bəyanatlar regiona və beynəlxalq ictimaiyyətə ünvanlanan siqnal kimi də şərh oluna bilər. Ermənistan rəhbərliyi bu silahlanmanı sözügedən formada şərh etməklə göstərməyə çalışır ki, Azərbaycanla yeni hərbi qarşıdurmada maraqlı deyil. Xüsusilə Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin hesabatına istinad edilməsi Paşinyanın bu mövqeyə “institusional əsas” vermək cəhdi kimi qiymətləndirilə bilər. Lakin sözlərlə real addımlar arasında uyğunsuzluq hələ də izlənilməkdədir. Ermənistanın intensiv silahlanması, yeni silah tədarükləri və bəzi siyasi dairələrin açıq revanşist ritorikası Paşinyanın sülh bəyanatlarını zərbə və şübhə altına alır. Hazırki dövrdə, sülh prosesinin intensiv olduğu bir zamanda belə bir silahlanma, haqlı olaraq - yuxarıdakı amilləri nəzərə almaqla, ziddiyyətli addım kimi görünür və regionda şübhələri gücləndirir”.

Politoloqun fikrincə Ermənistan daxilində revanşist qüvvələrin mövcudluğu Paşinyanın sülh ritorikasının davamlılığını zəiflədən əsas faktorlardandır: “Keçmiş hakimiyyətə bağlı siyasi dairələr, radikal müxalifət və müharibə ritorikasından qidalanan qruplar hər fürsətdə sülh gündəmini zəiflətməyə çalışırlar. Əsas meyar bəyanatlar deyil, real davranışlardır. Sülhün bərqərar olması üçün Ermənistanın silahlanma ilə bağlı ritorikasını konkret etimad quruculuğu addımları ilə əvəzləməsi, öhdəliklərə sadiqlik göstərməsi və revanşizmin qarşısını alması vacibdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Yanvar 2026 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri