Icma.az
close
up
RU
Xaçatryan: Ermənistanın suverenliyi risk altındadır

Xaçatryan: Ermənistanın suverenliyi risk altındadır

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Ermənistan parlamentindəki “Ermənistan” blokunun deputatı, Rusiyayönlü siyasətçi Artur Xaçatryan qlobal nizamın dəyişdiyini və Ermənistanın təhlükəsizlik baxımından ciddi risklərlə üz-üzə qaldığını iddia edib.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Sentyabrın 1-də parlamentdə jurnalistlərə açıqlama verən Xaçatryan qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) birgə silahlı qüvvələrin yaradılması müzakirə olunur:

“ŞƏT sadəcə iqtisadi birlik deyil, imkan daxilində hərbi alyansa doğru da addımlayır. Bu o deməkdir ki, artıq vahid, qlobal və müəyyən mənada birtərəfli dünya nizamı mövcud deyil. ABŞ bir qütbü təmsil edir, Avropa İttifaqı isə siyasi yanaşmalarda ABŞ-la tam üst-üstə düşmür. Digər tərəfdən, qlobal cənub-şərqdə həm ŞƏT, həm də BRİKS güclənir. Dünya transformasiya olunur və 10–15 il əvvəl mövcud olan unipolyar dünya artıq yoxdur”.

Erməni deputat Ermənistanın Rusiya ilə münasibətlərinə də toxunaraq, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq barədə bəyanatlarını və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxma ehtimallarını Qərbə jest kimi qiymətləndirib:

“Avropalılar Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında lider rolunu ələ almaq istəyirdilər, amma indi təşəbbüsü ABŞ əldə edib. Buna görə də hökumət avropalılara göstərmək istəyir ki, bizim yolumuz labüd şəkildə Aİ-yə doğrudur. Bu isə Aİİ-dən çıxmaq deməkdir. Amma hökumət absurd qanun qəbul etdikdən sonra Aİ istiqamətində heç bir addım atmadı”.

Xaçatryan daha sonra suverenlik məsələsinə toxunaraq, yeni infrastruktur layihələrindən sonra Ermənistanın müəyyən ərazilərinin üçüncü tərəfə 99 illik icarəyə verilməsi ehtimalının yenidən gündəmə gələ biləcəyini istisna etməyib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 Sentyabr 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1429

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see709

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see558

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see480

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see470

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see459

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see446

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see412

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see350

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see315

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see302

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see297

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see292

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see287

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see284

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see269

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see266

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see266

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see265
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri